İnsan Neyle Yaşar?
Lev Tolstoydan oxuduğum ilk kitabdır. Çox bəyəndim Kitab kiçikhəcmli altı müxtəlif, tərbiyəvi, əxlaqi, maraqlı hekayələrdən ibarətdir. Hər nə qədər türk filmlərinə baxsam da, türk dilində kitab oxumağı sevmirəm. Ama bu kitabın dili çox axıcı gəldi. Kitabda adından da göründüyü kimi "İnsan Neyle Yaşar?" sualına cavab axtarılır. Cavab isə "Sevgi"dir. "İnsan sevgi ile yaşar". Hekayələrdə "hər şeyin maddiyat olmadığı, mənəviyyatın maddiyatdan daha önəmli olduğu, pisliyə pisliklə cavab verməyin düzgün olmadığı, acgözlülük sonda əlindəkilərdən də olmağı, aza qane olmağı, insanlara pislik etməməyi, əsl xoşbəxtliyin əslində məhz elə "Sevgi" olduğu" insanlara çatdırılır. Hər yaş üçün uyğun bir kitabdır. İnsana əlindəkilərinin dəyərini bilməyi, şükür və səbr etməyi, Tanrıya olan sevgi və inancla hər şeyin daha yaxşı olacağını öyrədir. Şiddətlə oxumağı tövsiyə edirəm.