Leyla

Leyla
@leiilaaa
Xəyanət ən bağışlanmaz günahdır.
Sayfa 134·Kitabı okudu
Reklam
Qərbdə belə bir deyim var: "Sevgini intim münasibətin müqabilində qadına pul verməmək üçün kişilər uydurublar". Necə də kökündən yalnış olan bir deyimdir, o boyda müqəddəs bir duyğunu çirkaba batırmaq deməkdir.
Sayfa 57·Kitabı okudu
Sevgi indi virtual kabusu yaşamaqdadır. Bir-birini görmədən internetdə rahatca illərlə sevişən cütlüklər var. Virtual aləmdə axı hər şey çox asandır. Yalandan danış, harda, kiminlə olduğunu gizlət, yanında deyil ki.... Nə biləcək? Yalandan and iç, sevgini izhar elə. Gözlərinin içini görmür ki... İnanacaq. Virtual sevgi – sevginin eybəcərləşmiş, şikəst formasıdır.
Sayfa 56·Kitabı okudu
Professor R.Sternberqin qənaətinə görə, sevgi üç forma ala bilər. – İdeallaşdırma. Sən illüziyadasan, sevdiyinin yalnız ən yaxşı cəhətlərini görürsən. Reallığı danmaq sindromu çox güclüdür. Sən sevdiyinin heç bir neqativ tərəfini sezə bilmirsən. Dəlicəsinə sevirsən. – Dəyərsizləşdirmə. Burda artıq sən fərqlisən. Elə bir an gəlir ki, sevdiyinin bir səhvi, bir neqativ hərəkəti səni tamam dəyişir. O, tam olaraq gözündən düşür, sevgin ötəri hiss kimi ötüb gedir. – İnteqrasiya. Münasibətlərin ən yetkin çağı. Sən qarşında öz müsbət və mənfi cəhətləri ilə real adamı görürsən. Bu üç formadan ali sevgi yarada bilən yalnız üçüncüdür. Əfsus ki, bu formaya sevgi münasibətlərində ən az rast gəlinir. Sevənlər öncə bir-birini tam mələk, sonra da tam şeytan qismində görürlər, real yaşantılı insan kimi görə bilmirlər.
Sayfa 54·Kitabı okudu
"Beyin və düşüncə ürək və hisslərdən daha ağıllıdır".
Sayfa 19·Kitabı okudu
Reklam