"Amok koşucusunun" nə demək olduğunu bilmədən bu kitaba başladım və kitabla birlikdə öyrəndim. Bu, bir növ dəli olmaq kimidir, dayanmadan hirsli halda qaçmaq deməkdir. Yəni əslində insanın gözünün qaralması, başqalarına zərər verməsi, hətta özünə zərər verəcək həddə çatana qədər dayanmadığı bir vəziyyətdir.
Bu, bir həkimin ondan kömək istəyən qadını geri çevirməsi və daha sonra yaşadığı peşmanlığı aradan qaldırmaq üçün çılğın mübarizəsindən bəhs edir.
Stefan Zweiqin intihar edərək öz həyatına qəsd etməsi, onun da "amok koşucusu" olmasının mümkünlüyü düşündürdü.
Amok KoşucusuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2021134,4bin okunma
Oxuduğum ilk elmi fantastika əsər idi. Sevdim, bu janrdan davam...
Zamanda səyahət etməklə bağlı film və seriyallar həmişə favorim olub. İndi isə kitablar oldu!
Zaman MakinesiH. G. Wells · İthaki Yayınları · 202337,1bin okunma
Üç hissəli romanın ilk iki fəsli gənc rəssam olan Wertherin xəyali dostu Wilhelmə yazdığı məktublardan ibarətdir. Son fəsildə romanın hekayəçisi sözə girir və sübut kimi təqdim etdiyi qeydlərlə Wertherin intiharına qədər gedən hadisələri izah edir. Baş qəhrəmanımız Werther bir baloda tanış olduğu Lotte'yə hər gün qarşısıalınmaz bir cazibə hiss edir. Lakin Lotte Albert'lə nişanlıdır və onlar evlənməyə hazırlaşırlar. Bütün bunlara və Albertin ona olan mehribanlığına baxmayaraq, Werther Lotteyə olan ehtiraslı sevgisindən əl çəkmir. Onun təbiətə, həyata sevgisi günü-gündən sönür və yerini Lotte sevgisinə buraxır. Bu Wertherin beynini qaranlıq emosiyalarla doldurur. Son nöqtəyə gəldikdə isə o, Lotte üçün öz həyatından imtina etmək fikrinə düşür. Werther sadəcə Lotte üçün hiss etdiyi qaranlıq və ehtiraslı sevgiyə görə öldü? Yoxsa həddi-hüdudu olmayan və onun üçün getdikcə daha təhlükəli olan təxəyyülü onun ölümünə səbəb idi?
Genç Werther’in AcılarıJohann Wolfgang Von Goethe · Türkiye İş Bankası Yayınları · 2019149,8bin okunma
Kitab bir neçə səhifədən ibarətdir. Bir nəfəsdə oxudum. İnsanı ehtirasla sevməyin kədərli və ağrılı hekayəsindən danışır. Məncə insan bir insanı bu qədər sevməməlidir. Öz həyatından keçib bu dərəcədə ibadət etməməlidir. İnsan ilk növbədə özünə lazımdır və birinci özünə dəyər verməlidir. Kitabı oxuyanda nə demək istədiyimi anlayacaqsınız.
Hər kəsin həyatında elə anlar olur ki, etdiklərinə və ya etmədiklərinə görə peşman olur, bunun əksini etsəydim həyatım necə olardı sualını verir. Peşmanlıqlarınızın yazıldığı bir kitabınız olsaydı və o kitabdakı peşmanlıqları geri çevirmək və arzuladığınız həyatları görmək şansınız olsaydı, nə edərdiniz? Hansı həyatı seçərdiniz? Nora Seed ailəsini itirmiş, qardaşı ilə münasibəti pis, pişiyi ölmüş, işsiz, həyatından son dərəcə narazı olan bir şəxsdir. O, bir gecə intihar edir və özünü "Gecə Yarısı Kitabxanası"nda tapır. Bu kitabxanada sonsuz kitablar var və hər bir kitab Noranın başqa cür seçim etsəydi yaşayacağı həyatlardan ibarətdir. Hər seçim fərqli həyatdır. Nora kitabxanada olarkən saysız-hesabsız həyatı sınamaq şansı qazanır. Bəs onun həqiqətən yaşamaq istədiyi həyat nədir? Kitab bizə peşmanlıqların kölgəsində qalmadan yaşadığımız ana fokuslanmağı və həmin anda xoşbəxtliyi yaşamağı tövsiyə edir. Kitabı çox bəyəndim.