Öyrəndim ki, insan öz qayğılarını həll etməkdən ötrü yox, içində sevgi olduğu üçün yaşayır.
O kimsəsiz qızlar onları düşünən insanlar vardı deyə yox, yad bir qadının qəlbindəki sevgi, mərhəmət və şəfqət səbəbindən həyatda qaldılar. İnsan özünü qoruduğu üçün deyil, içində sevgi olduğuna görə yaşaya bilir.