-"Ayrıca eminim ki aslında iyi olmanın, insan buna erişebilirse tabii, kişiyi mutsuz ettiğini söylemek istemiyorsunuzdur."
-"Evet, öyle demek istiyorum"
- Getməmişdən əvvəl olarmı, - deyib Karton fasilə verdi, - onu öpüm?
Bu səhnənin şahidi olanlar sonradan o günü xatırlayıb, deyirdilər ki, Karton əyilib dodaqlarını Lüsinin üzünə toxundurdu və öz-özünə nəsə mızıldandı. Balaca Lüsi lap yaxındaydı və çox sonralar - böyüyüb qəşəng qız, gözəl qadın, xoşbəxt nənə olanda da tanıdığı adamlara, öz nəvələrinə danışırdı ki, Kartonun o anda pıçıldayıb öz-özünə "Bu insanı sən öz həyatından artıq sevirsən" dediyini öz qulağıyla eşidib.
Kişi bir qadını sevib ondan ayrılırsa, qadın başqasına ərə gedib ana olandan sonra da sevgi dəyişməz qalrsa, qadının uşaqları instinktiv olaraq o kişiyə yaxşı münasibət bəsləyir, hətta onun halına acıyırlar. Hansı gizli hisslərin oyandığı barədə əks-səda heç nə demir, amma bu belədir; Sidni Karton da bundan yan keçə bilməzdi. Balaca Lüsinin öz balaca əllərini uzatdığı ilk yad adam Karton oldu, qız böyüdükcə onların dostluğu da davam edirdi.