Zənnimcə, sən məsələnin mahiyyətini heç vaxt başa düşməyəcəksən və bu da mənim işimi yüngülləşdirəcək. Heç nəyi başa düşməyənə nəyisə bir az başa salmaq o qədər də çətin olmur.
Yaşadığım yerdə alçaldılırdım, təhqir olunurdum, məhv edilirdim və başqa yerə qaçmaq da mənə böyük gərginliklər bahasına başa gələrdi, əslində bunun özü də alınan iş deyildi, çünki söhbət mümkünsüz bir şeydən gedirdi, bəzi xırda istisnalar nəzərə alınmasa, buna heç vaxt gücüm çatmazdı.