Niyə Samuel Batler "Müdrik kişilər qadınlar haqda düşündüklərini heç zaman dilə gətirmirlər?" deyirdi? Görünür, müdrik kişilər heç vaxt gərəyindən artıq nəsə demirlər.
Bir il ərzində qadınlar haqda neçə kitab yazılır, təxmininiz varmı?! Bəs bunlardan neçəsi kişilər tərəfindən yazılır, bilirsiniz? Bəlkə də kainatda ən çox müzakirə edilən canlı olduğunuzu bilirsinizmi?
İki işığın arasındakı zaman... Bənövşəyi və qızılı rəng həyəcanlı bir qəlbin döyüntüləri kimi şiddətlənib pəncərə şüşəsində parlayırdı. Müəyyən səbəblərə görə dünyanın ötəri gözəlliyi aşkara çıxır və bilirsən ki, bu gözəllik tezliklə qeybə çəkiləcək.