Ellen, sən mənim üçün tamam ayrısan, ona görə də səninlə rastlaşandan bəri gözucu da olsa başqa qadına baxmamışam. Sən çox güman ki, bunu heç hiss etməmisən, ancaq mən səni görən kimi, o dəqiqə vurulmuşam. Bilirəm, mən indi sevgidən ölən məktəbli oğlan təsiri bağışlayıram, ancaq bu mənim ciddi sözümdür.
Özümü o qədər cılız və zəif hesab edirəm ki, Mark. Bu mənim üçün çox ağır bir şey idi. Bu vaxta kimi mən hər şeyi öz qüvvəmlə əldə etmişəm, ancaq indi başqa cürdür.