İnsanın yaxşı ilə pisi ayırd etməsi halı isə onun digər heyvanlar üzərindəki intellektual üstünlüyündən xəbər verir; lakin onun pislik edə bilməsi bunu etməyə qadir olmayan istənilən digər varlığa qarşı əxlaqi-mənəvi natamamlığını göstərir.
Hər şey dediyim kimidir: insanın ağlı ondan asılı deyil. O, insanın itaətində deyildir; o, istədiyi kimi davranır. O, insandan asılı olmadan mövzunu seçir; ondan asılı olmayaraq, həmin mövzunu götür-qoy edir və kənara atır. O, qətiyyən insandan asılı deyildir.
Öz ideallarını səni məmnun edərkən eyni zamanda qonşularına və cəmiyyətə fayda verəcək hərəkətlərdə tapacağın bir yüksəkliyədək yorulmadan tərbiyələndir və təkmilləşdir.