-Tanrının anadangəlmə namuslu bir insan yarada biləcəyinə inanırsınız mı?
- Bəli, mən bilirəm ki, bu, onun üçün çox asan bir şeydir. Həm də onu bilirəm ki, o, beləsini yaratmayıb.
İnsan buqələmun kimidir; təbiətinin xüsusiyyətinə uyğun olaraq yaşadığı yerin rəngini qəbul edir. Ona göstərilən təsir onun prioritetlərini, antipatiyalarını, siyasi fikirlərini, zövqlərini, əxlaq və xasiyyətini, dinini formalaşdırır.
Beşikdən qəbrədək, nə qədər ki , insanın şüuru özündədir, o, daima tərbiyə altında olur. Tərbiyəçilərin ilk sırasında cəmiyyət dayanır. Bu, insanın ağlına və hisslərinə təsir edən, ona ideallar yükləyən, onları ayağa qaldıran, getdikləri yolda dəstəkləyən insanların olduğu ətraf mühitdir.
Məgər mən sənə deməmişdim ki, insan heç vaxt özünü fəda etmir? İnsanın içindəki hökmdar öz qulundan özünün qısamüddətli və ya daimi məmnunluğu üçün nə isə tələb edəndə, bu, yerinə yetirilməlidir və yerinə yetiriləcək.