İnsanlar yalandan özlərini elə göstərirlər ki, sanki fədakarlıq edirlər, lakin belə bir şey, bu sözün adi mənasında mövcud deyil və heç vaxt da mövcud olmayıb. İnsan çox vaxt səmimi olaraq inanır ki, o, yalnız başqa birinin naminə fədakarlıq edir, lakin bu, özünü aldatmadır; onları öz təbiətlərinin və təhsil səviyyələrinin tələblərini təmin etmək hərəkətə gətirir, bununla da ruhi-mənəvi rahatlıq tapırlar.