Leman İslam

Leman İslam
@lemanisl
high-functioning sociopath
Hə, mən qadın idim axı. Və qadınlar istər emosional, istər mənəviyyat, istərsə də intellekt baxımından qeyri-kamil hesab olunurdu. Onlarda nəzarət olmur, şeytana tez uyurlar.
Sayfa 269 - Nila Vəhdəti·Kitabı okudu
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Həm həyatınız, həm də yazdıqlarınızla qadınlar üçün yeni sərhədlər, söz haqqı, legitimlik tələb edirdiniz. Siz əsrlər boyu atanız kimi kişilərin inhisarda saxladığı bir dünyaya meydan oxuyurdunuz. Deyilə bilməyəni deyirdiniz. Hətta belə demək olarsa, təkbaşına inqilab edirdiniz.
Sayfa 268 - Nila Vəhdəti·Kitabı okudu
Yaratmaq - başqalarının həyatına vandal müdaxilə etmək deməkdir. Onları öz razılıqları və xəbərləri olmadan iştirakçıya çevirmək deməkdir. Sən onların arzularını, xəyallarını oğurlayırsan, üzlərindəki qırışları, əzabları mənimsəyirsən. Özünə məxsus olmayan şeyi əldə edirsən. Və bunu bilərəkdən edirsən.
Sayfa 267 - Nila Vəhdəti·Kitabı okudu
O qadınların həyatının bircə gününə də tab gətirə bilməyəcək insanlar qıraqdan baxıb onlara heyranlığını bildirir. Arzuları boğulmuş, xəyallarını üstünə su səpilmiş qadınlardır onlar.
Sayfa 232 - Nila Vəhdəti·Kitabı okudu
İradəsi və təbiətinə zidd olaraq bütün ömrü boyu əzabkeş, dinməz-söyləməz halda kiminsə qulluğunda duran kədərli qadına çevrilməsini istəmirdim. Elə qadınlara Qərbdə heyranlıqla baxırlar.
Sayfa 232 - Nila Vəhdəti·Kitabı okudu