Ləman Vəlizadə

Ləman Vəlizadə
@lemanvelizade
Hüquqşünaslıq
Bakı Dövlət Universiteti
Azərbaycan
Azərbaycan
128 okur puanı
Şubat 2023 tarihinde katıldı
10/10
·144 syf.··
Beğendi
·
2025 4. kitabı
Bəliii, Azərbaycan ədəbiyyatının incilərindən biri olan Cəlil Məmmədquluzadənin o məşhur əsəri... Bu əsər haqqında o qədər çox şey danışmaq olar ki...Cəlil Məmmədquluzadə bu əsərində problem olan o qədər məsələyə toxunub ki, oxuduqca (131 il keçməsinə baxmayaraq) hələ də heç bir şeyin dəyişmədiyini , və bir 100 il keçsə belə dəyişməyəcəyini anladım. Çünki zehniyyət dəyişmədikcə inkişafdan söz gedə bilməz. Əsərin sujet xəttinə birbaşa təsir göstərən obrazlar: Kətda Xudayar, Qasıməli , Məhəmmədhəsən əmi, Zeynəb, Şərəf, İzzət, Vəliqulu, "Qazı" (Molla) Fikrimcə, əsərin Ən Güclü Obrazı Zeynəbdir. Ən safı, xeyirxahı isə Məhəmmədhəsən əmidir. Zeynəbin çəkdiyi əzab əziyyət qarşısında dirayətinə, gücünə heyran oldum . Əsl Azərbaycan qadını... Həyat yoldaşı öldükdən sonra ona sadiq qalan, övladları üçün hər şeyi edən , amma nankor bir övladı olan , son ana kimi mübarizə aparan, ən sonda isə öz sözləri ilə desək, zəhər içməyi belə gözə alan güclü bir obraz, olduqca ağıllı bir qadındır. Əsərdə digər bir qadın obrazı isə Şərəfdir. O isə Zeynəbin tam əksi bir obrazdır. Şərəf qorxaq, savadsız, zəif olmağa məcbur olmuş bir qadındır. Şərəf kimi qadınlar hələ də var. Boşanmağa qorxan, əzab çəkmək məcburiyyətində qalanlar... Çünki onun arxasında nə dağ kimi dayana biləcək atası, qardaşı, nə dizində ağlaya biləcəyi anası , nə də öz ayaqları üzərində durmasına kömək edəcək işi, təhsili yoxdur. Düzdü Zeynəbin də atası, anası qardaşı yox idi , hətta övladı belə naxələf idi, amma Zeynəbdə Şərəfdə olmayan cəsarət var idi , onların ən böyük fərqi də bu idi. Əsərdə Məmmədquluzadə qadına haqları , qadın problemlərinə olduqca xüsusi yer ayırıb. Qadının söz sahibi olmaması , qadının fikirlərinə hörmətlə yanaşılmaması, qadına şiddət başlıca problemlərdən bir neçəsi idi. Digər məsələlərə gələk.
Edebiyat
Danabaş Kəndinin ƏhvalatlarıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2019907 okunma
Reklam
10/10
·132 syf.··
2024 37. kitabı
Azərbaycan Xalq Cümhuriyyətinin Banisi, dahi şəxsiyyət, Xalqın mübariz oğlu Məmməd Əmin Rəsulzadə... Onun haqqında oxuduğum hər sətirdə heyranlığım daha da artır. Azərbaycan üçün yer , zaman fərq etmədən çırpınan bir ürək... Daima öz xalqı üçün çalışan fədakar milliyətçi. Azərbaycan üçün durmadan vuruşan insan. Sadəcə müstəqil , azad bir Azərbaycan istəyirdi. Və bunun üçün də hər yerdə mübarizə aparırdı. Cümhuriyyəti yaratdı, varlığına son qoyulsa belə, o azadlığa olan inamını itirmədi, daima Azərbaycan üçün çalışdı. Onun gördüyü işləri saymaqla bitməz, sözlər belə kifayət etməz. Lakin məni narahat edən və ağır gələn bir şey var. Azərbaycanın belə bir böyük tarixi şəxsiyyəti, qəhramanı,dahisi ola, lakin öz milləti , öz xalqı ona lazımi qədər dəyər verməyə... Belə bir şəxsə qarşı xalqımızın etinasız münasibəti mənə çox ağır gəlir. Öz xalqı üçün durmadan çalışan, özünü qurban verməyə hazır olan, xalqının müstəqil , azad yaşaması üçün durmadan mübarizə aparan birinə qarşı xalqının bu etinasızlığı ədalətli deyil. Stalinin belə Rəsulzadəyə göstərdiyi hörmətin 1/10-ni öz milləti göstərmir. Necə də acınacaqlı vəziyyət... Bütün Azərbaycan üçün durmadan çırpınan bir şəxsi öz xalqı sadəcə "yazıçı" deyə tanıyır. Belə böyük bir şəxsi unutmaq, unudulmasına icazə vermək olmaz.
Bir Türk Milliyyətçisinin Stalinlə İxtilal XatirələriMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2010133 okunma
10/10
·584 syf.··
2024 31. kitabı
Yaşıl Mil... Filmi də çəkilmiş əsər. Mən, əsasən, əgər bir kitabın Filmi varsa, mütləq birinci kitabını oxumağı tərcih edirəm. Bu əsər də onlardan biri oldu. Əsər o qədər duyğu yükü olan bir əsərdir ki, oxuduqca beynim və qəlbim arasında ərafda qalmışdım sanki. Ən əzəli qatillərin edam olduğu yer– Yaşıl Mil. Kitabda diqqətimi çəkən 3 fərqli hal oldu. 1. Cinayət törədib ,lakin əməlindən peşman olub bir siçana belə zərər verə bilməyəcək həddə gələn Delakrua, 2. Cinayəti törədib , lakin peşman belə olmayıb ,əksinə, daha da vəhşiləşən Vorton, və 3. Heç bir günahı olmayıb "Cinayətkar" adlandırılan Con Koffi . Və bu 3. İnsanı birləşdirən tək tale – Qoca Qığılcımda edam. Sadəcə düşünürəm , bu ədalətli oldumu? Xeyr. Və ən pisi isə , Con Koffinin sadəcə Zənci olduğu üçün onunla bağlı olan " Cinayətin" yenidən araşdırılmaması " Bir zənci azaldı , nə fərq edər " düşüncəsində olan hüquq‐mühafizə işçilərinin olması idi. Con Koffinin edama gedərkən söylədikləri isə məni tamamən param-parça etdi. Bu böyüklükdə dünyada tənha qalmaq, bütün ağrı-acılara tək başına dözməyə çalışmaq... Əslində isə edam bir növ bu zalım dünyadan qurtuluş oldu onun üçün. Son edam səhnəsi isə ən ağır olanı idi. Pol Echomun, Dinin, Brutalın, Harrinin ən az Koffi qədər əzab çəkməsi, lakin əllərindən heç nə gəlməməsi... Əsər haqqında daha çox danışmaq olar, lakin ,sadəcə, bunu deyirəm , əsər çox mükəmməl əsərdir. Hər kəsə oxumağı tövsiyə edirəm.
Yaşıl MilStephen King · Qanun Nəşriyyatı · 09,3bin okunma
8/10
·192 syf.··
2024 21. kitabı
·
12 saatte okudu
·
Okunma: 20 Ağustos 2024 07:55
Ağır kitablardan sonra beynimizi dincəltməyə yarayacaq kitabdır. Kitab boyu həm çox güldüm, həm də çox düşündüm. Kitab bütünlüklə suallardan ibarətdir. Kitabı oxuyarkən bir növ özünüzlə söhbət etmiş olursunuz. Beyninin və qəlbinin dərinliklərinə qısa bir səyahət etmək istəyənlərə tövsiyə edirəm.
Həyata suallarRolf Dobelli · Qanun Nəşriyyatı · 09 okunma
10/10
·112 syf.··
2024 20. kitabı
·
1 saatte okudu
·
Okunma: 18 Ağustos 2024 21:32
Ən sevdiyim yazıçının ən sevdiyim əsəri... Bir Hüseyn Cavid əfsanəsi... Neçə dəfə oxumuşam, artıq sayını belə unutmuşam. Çatdırmaq istədiyi sətiraltı fikirlər, vurğuladığı nüanslarla tam bir Şedevr...Və bunları nəzm şəkildə o qədər gözəl yazmışdır ki... Azərbaycanın ölməz yazıçısı Hüseyn Cavid...
İblisHüseyn Cavid · Qanun Nəşriyyatı · 20191,100 okunma
Reklam