Mənə görə düzgün zamanda qarşıma çıxan kitab oldu. Fərqli vaxtda oxusaydım belə təsir edərdimi bilmirəm. Amma həyatımın fərqli zamanlarında açıb yenidən vərəqləyəcəm.
Sokratdan sonra ən sevdiyim filosof olan Senecanın nəhayət kitablarını oxumağa başladım. İlk öncə onu qeyd edim ki, ürəyi zəif olanlar kitabı oxumasın. Çünki, həyatın reallıqlarını və fikir vermədiyimiz nüansları Seneca üzümüzə çırpdığından dedikləri bir az ağır gələ bilər.
Kitab iki hissədən ibarətdir.
1)Xoşbəxt həyat üzərinə
2)Həyatın qısalığı üzərinə
Hər hissəni ayrı-ayrı izah etməyəcəm ki, oxumağa da nəsə qalsın :D
Seneca kitabında insanlara zamanı necə idarə etmək olar və necə mənalı həyat yaşamaq olar düşüncəsi üzərindən nəsihətlər verir. "Həyatın uzun olduğunu amma düzgün zamanı idarə edə bilmədiyimiz üçün bizə qısa göründüyünü" qeyd edir. Ümumi olaraq xoşbəxtlik, həzz, fəlsəfi həyat, təlaş, həyata gecikmə, yaşaya bilməmə üzərindən danışır.
Başlanğıcda "Hamı uzun yaşamaq istəyir amma heç kimi yaxşı yaşamaq istəmir" başlığı ilə başlayır. Seneca bunu belə ifadə edir :
"Birinin ağ saçlarına və qırışlarına baxaraq uzun yaşadığını deməyin mənası yoxdur, o, uzun yaşamadı, sadəcə var oldu".
Senecaya görə uzun yaşamaq, nəfəs almaq sadəcə var olmaqdı. Başa düşərək və mənalı yaşamaq isə həqiqətən yaşamaq deməkdir. Bir çoxumuz yaşayırıq, amma nə üçün yaşadığımızı belə bilmirik. Həyatdan gözləntilərimiz nədir? Düz yaşayırıq yoxsa zamanın arxasınca qaçaraq onu əslində itiririk? Bizi xoşbəxt edən şeylər nədir? Xoşbəxtlik nədir? sualları verərək, içində it-bata düşürük. Seneca bu düşüncələrə az da olsa yön verməyimiz üçün köməklik göstərir.
Kitabda belə bir hissə var: "Hər kəs xoşbəxt yaşamaq istəyir, amma həyatı xoşbəxt edən şeyin nə olduğunu görmək mövzusunda zehinləri kordur." Əslində günümüzdə daha çox rastlaşdığımız kütlə psixologiyası ilə bunu daha rahat görə bilirik. Sosial şəbəkələr vasitəsiylə hər daim nə etməli olduğumuz, səhər neçədə oyanmağın bizim üçün yaxşı
Yaşamaq sadəcə nəfəs almaqdır, yoxsa həyatla mübarizə aparmaq?
İnsanın maddi olaraq sahib olduqlarını bir anda itirməsi, daha sonra əslində yaşamadığını və mübarizə apararkən yaşamağın nə olduğunu anlayıb ona görə həyatına davam etməsi təqdir olunmalıdır. Heç nəyin olmasa belə yaşamaq üçün səbəb tapırsansa, hər cürə həyatla mübarizədə qalib gələ bilirsən.
Yu Hua-nın "Yaşamaq" (To Live) romanı tarixin ən təsirli və unudulmaz əsərlərindən biridir. Kitab sadəcə bir insan taleyinin hekayəsi deyil, eyni zamanda tarixi bir dönəmin içində böyük sosial dəyişikliklərin insan üzərində yaratdığı təsiri açıq şəkildə göstərir.
Roman varlı bir ailənin oğlu olan Fuquinin hekayəsindən bəhs edir. O, gəncliyində məsuliyyətsiz və ərköyün biri olaraq bütün sərvətini qumarda itirir. Bundan sonra, yeni şəraitdə ayaqda qalmaq üçün mübarizə aparmaq məcburiyyətində qalır. Məcburiyyətdə nə məcburiyyət. Tarix boyunca çox böyük faciələrin şahidi olur: Çin Vətəndaş Müaribəsi, Mədəni İnqilab, aclıq və sosial xaos. İşin maraqlı tərəfi hər dəfəsində də öz şansı gətirir və həyatla mübarizəsini tamamlaya bilir.
Sonda Fuqui çox itkilərlə üzləşmiş olsa da, hələ də "yaşamaqda" olan bir insana çevrilir.
Təbii ki yaşamaq sayılırsa. İnsan hər şeyini itirsə belə, həyat davam edir. "Yaşamaq" romanı, insanın həyat qarşısında acizliyini, amma eyni zamanda onun mübarizə aparma gücünü göstərir. Sadə dillə yazıldığından bir anda oxuyub bitirmək istəyir insan. Əlavə olaraq kitabın filmi də varmış. Kitabı oxusanız, ardından izləyə bilərsiniz.
Xoş mütaliələr :)
Çöküş Albert Kamunun qələmə aldığı son əsərdir. "Yad" əsərinən sonra "Çöküş" əsərini oxumaq məsləhətmiş. Məndə yoxladım :D
Din, insanların bir-birinə olan davranışları, insanların əxlaqi davranışları üzərində çöküşü izah edən bir kitab. Baş qəhrəmanımız başına gələnləri qarşısında bir şəxs varmış kimi danışıb, əslində heç kimin olmadığını və öz-özünə danışdığını rahat şəkildə hiss etdirir. (Fight club filmindəki kimi)
Hadisələr Amsterdamda baş verir. Qəhrəmanımız Klamans (bu dəfə nədənsə obrazımızın adı var) vəkildir. İnsanlara yaxşılıq edirmiş kimi görünərək, insanların düşdüyü vəziyyətdən həzz alır. Öz düşüncəsinə görə onun hiss etdiyi həzzlərdən insanlar çox uzaqdır və "kifləniblər". İnsanlardan hörmət görmək və onlardan üst səviyyədə yaşamaq onu xüsusi hiss etdirir. Özünü o qədər xüsusi zənn edir ki, seçilmiş insan olduğunu (bir növ Peyğəmbər) düşünür.
Həyatını güllük-gülüstanlıq içində yaşayan qəhrəmanımız yağışlı bir gecədə özünü göz yaşları içində körpüdən atan qızı seyr etməsi ilə alt-üst olur. O ana qədər sahib olduğu bütün düşüncələr, hansı ki bütün həyatını əhatə edən varlıq, günah, azadlıq, həyat , ölüm kimi anlayışlar öz mənasını itirir. Bundan sonra vicdanı ilə mübarizə aparır. Qızın intihar edərkən eşidilən çığırtı səsi Klamansı həyatı boyunca izləyir.
Kitabın maraqlı hissəsi burda başlayır. Çünki elə bir insanın vicdani hislər yaşaması gülüncdür. İnsanlara kömək etdiyi üçün onları aşağı səviyyədə görən, qadınları öz istəklərinə çatmaq üçün vasitə kimi istifadə edən, qatillərlə günahsız insanları eyni səviyyədə saxlayan, əxlaqi dəyəri olmayan insanın vicdanı necə ola bilər?
İnancı mövzusunda dürüst ola bilməyən, həmçinin qorxaq və ikiüzlü davranan insanların bir çığırtı səsi ilə əsrlər öncədən çöküşə başladığını və bundan qurtulmağın mümkün
ÇöküşAlbert Camus · Qanun Nəşriyyatı · 201919,2bin okunma
Dolu-dolu, ağır, düşündürən, bəzən qəzəbləndirən, azca özümü tapdığım, çox vaxt da "Nə oxuyuram?" deyə düşünməyə vadar edən o kitab...
Qısa əsər olsa da sanki min səhifəlik əsər oxumağın ağırlığı var üstümdə.
Baş qəhrəmanımızın uşaqlığından 27 yaşına qədər dönəmi təsvir edir. Daim böhran içərisindədir və həyatını sorğulayıb, məna axtarmağa çalışır. İnsanları sorğulasa da çox vaxt insanlar üzərindən öz insanlığını sorğulayır. İmkanlı ailənin övladı olmasına, rəsm bacarığının olmasına baxmayaraq daim həyatına neqativ hadisələr çəkir. Təbii ki öz seçimləri sayəsində. Bir çox kitabda həyatını sorğulayan obrazlarla qarşılaşmışam amma özünü bu qədər düşünən və ətrafındakı insanları öz istədiyi kimi manipulyasiya edib istifadə edən obrazı ilk dəfə idi görürdüm. Bəlkə də buna görə daha çox əsəbləşmişəm oxuyarkən.
Baş qəhrəmanımızın həyata biganə qalması, sorğulaması ilə razılaşmaq olar amma həyatına aldığı insanlara biganə yanaşması insanı dəli edir. Həyat yoldaşının təcavüzünə göz yumub, reaksiya verməyən, gördüyü hər qadının həyatına daxil olub istifadə edib(həm maddi həm mənəvi) sonra da heç nə olmamış kimi qadınlar haqqında onlardan qorxduğunu və onlara zərər verməkdən çəkindiyini qeyd edir.
Kitabı oxuyarkən bəzi hissələrdə Alber Kamunun "Yad" əsərindəki obrazı xatırladım. Hər iki obraz cəmiyyətin gözləntilərinə uyğunlaşmaqda çətinlik çəkən, daxili boşluq hissi ilə yaşayan, həyatı fərqli dəyərlərlə dərk edən insanlardır. Tək fərq biri yaşamı seçərkən öldü, digəri isə ölmək istəyərkən yarım qaldı.
Kitab depresiv kitabdır. Və yazarın (Osamu Dazai) həyatına baxdıqda kitabın baş qəhrəmanın həyatı ilə çox oxşarlıq olduğunu görə bilirik. Osamu Dazai də həyatında dəfələrlə intihara cəhd edib. Sonuncu intiharı ilə də dünyasını dəyişib.
Psixolojik olaraq yaxşı deyilsinizsə