İnsanlar İsaya inanmadılar, çarmıxa çəkdilər. İnsanlar ancaq Allaha inandılar, amma düşünmədilər ki, Allah da öz lütflərini İsa kimi bəndələri vasitəsi ilə insanlara ötürür. İndi isə onun, İsanın nə vaxtsa gələcəyinə inanırlar. Milyon illik bir bəlaya – EŞQƏ inanmadılar insanlar. İnsanlar Qeysə inandılar, amma ondan daha çox sevən Məcnuna inanmadılar, dəli dedilər... İnsanlar Allaha sözlə qovuşdular, sözlə müraciət etdilər, amma sözə inanmadılar, sözə gəlmədilər. Nəticədə müqavilələr yox, müharibələr oldu...
İnsanlar insanlara inanmadılar və sığorta şirkətləri yarandı... İnsanlar Allaha inandılar, amma səhər duran kimi yuxularını da yozmağı unutmadılar.