Insanlar da Ağaclar kimidir. Onlar nə qədər yüksəklərə, işığa doğru can atırlarsa kökləri
bir o qədər yerə, aşağı, qaranlıq və dərinliyə enir.
(“Zərdüşt belə deyirdi”-Nitşe)
Bizi artıq uşaqlıqdan əhlilləşdiriblər. Bala, sən əvvəlcə məktəbdə oxumalısan, sonra
universitetdə. Universiteti bitirən kimi əsgərliyə gedəcəksən.Qayıdanda işləməyə
başlayacaqsan. O illər yəqin ki, nişanlanarsan. Bir az imkan tapan kimi evlənəcəksən. İlk iki
ildə uşağınız olacaq. Sonra uşaq böyüyəcək. Onu məktəbə qoyacaqsınız. Sonra uşaqlarınız
evlənəcək, sən nəvənlə oynayacaqsan. Qocalanda da ki, vərəmdən, şəkərdən bir xəstəlik tapıb öləcəksən. Bu etalondur. Həyat standartı. Hər şey bu cür olmalıdır. Bu bizim bağlandığımız dirəkdir. Mən də bu dirəyi qırmaq qərarına gəldim. Həyətdən çıxan kimi dedim ki, düz
gedəcəm. Nə qədər gedə bilsəm gedəcəm. Nə xəritəm vardı, nə də başqa bir şey. Sadəcə düz.