Santyaqo həmin an yalnız bir şeyi anladı: öz adaxlısının qarşısında dayanıb və qız da sözsüz bunu başa düşməlidir. O, hətta valideynlərinin kim olduğuna tərəddüd edərdi, amma bunun belə olacağına tamamilə
əmin idi.
...
Ümumi Dili bilmir, zira bu dilə baş vuranda aydın olur ki, səhranın ortasındamı, yoxsa böyük şəhərdəmi, fərqi yoxdur – həmişə bir insan digərini axtarır və gözləyir. Bu iki nəfərin yolları kəsişəndə, gözləri baxışanda keçmiş də, gələcək də öz mənasını itirir, yalnız bircə o an, o dəqiqə mövcud olur.
«Öyrənmək üçün hər kəsin öz üsulu var, – düşündü. – Mənim üsulum ona, onun üsulu isə mənə yaramaz. Lakin biz hər ikimiz Öz Yolumuzu axtarırıq və mən buna görə ona hörmət edirəm».
Onlar niyə belə qəliz yazırlar? – bir dəfə axşam kitablarından məhrum olduğuna görə kədərlənən ingilisdən soruşdu.
– Çünki yalnız bunun məsuliyyətini dərk edən adamlar onları anlaya bilər.
...
Yalnız inadkar və elmli insanlara Böyük Yaradılışın sirri agah olur.