Sən haçan bütün qəlbinlə nəsə arzulasan, Dünyanın Ruhuna daxil olursan. Burada isə böyük qüvvə toplanmışdır. Və bu təkcə insanlara xas deyil, dünyada mövcud olan hər şeyin – daşların, bitkilərin, heyvanların, hətta idrakın da ruhu vardır.
– Yer üzündə olan hər şey daim dəyişir, çünki yer özü də canlıdır və ruha malikdir. Biz hamımız bu Ruhun bir parçasıyıq, amma onun xeyrimizə çalışdığını özümüz bilmirik. Ancaq sən, dükanda işləyərkən anlamalıydın ki, hətta büllur da sənin uğur qazanmağına kömək etmişdir.
Niyə indi Məkkəyə getmirsiniz? – Santyaqo soruşdu.
– Çünki mən bu ziyarəti arzu etməyimin sayəsində yaşayıram. Yoxsa bir-birindən fərqlənməyən bu günlərə, büllurlar qoyulmuş bu rəflərə, bu bərbad aşxanaya dözə
bilərdimmi? Qorxuram ki, arzum həyata keçsə, daha həyatda yaşamağa bir səbəbim olmasın.