Dizlərim əsməyə başladı, kitab! Dörd aydan çox idi ki, əlimə kitab almırdım. İçərisindəki yan - yana düzülmüş sözləri, sətirləri, vərəqləri görə bilmək, oradan tamam başqa, yeni, yad, yayındırıcı fikirləri oxumaq, izləmək, beyinə doldurmaq kimi adi bir təsəvvürdə nəsə həm coşdurucu, həm də keyidici bir şey vardı.