"Unutmağı, yaddaşsızlığı tiryək çəkilən pritonlarda pulla almaq olardı, köhnə günahların xatirəsini f*hişəxanalarda təzə günahların çılğınlığı ilə boğmaq, yox etmək mümkün idi."
"İnsanlar bəzən nə mənasız şeylər danışırlar, - gənc düşündü. - Yalnız yeyib - içməyi bilən dilsiz qoyunlarla ünsiyyətdə olmaq daha yaxşıdır. Ya da kitab oxumaq - onlar maraqlı əhvalatları məhz sən istədiyin vaxtda danışır. Amma insanlar: onlar nəsə goplayır, sənsə oturub buna nə deyəcəyini, söhbəti necə davam etdirəcəyini bilmirsən."
- Mən demək istəyirəm ki... Onun rolu adamı alçaldan bir roldur. Bu rolda insan ləyaqəti tapdalanır...
- Onsuz da bizim hər birimizin insanlıq ləyaqəti müxtəlif yollarla tapdalanır...
- Doğrudur. Amma burada... Məncə, insan bədəni müqəddəs olmalıdır, mən insan bədəninə istehza edilməsinə dözə bilmirəm.
- İnsan bədəni! Bəs insan qəlbi?