Yenə mükəmməl və ağla gəlməz sonla bitən Agatha Christie romanı. Staylzda Müəmmalı Hadisə adlı romanda olduğu kimi qatilin həyat yoldaşı olması doğrusunu desək məni təəccübləndirmədi. Düzdü heç fikirləşməmişdim qatilin o olacağını, amma sonlara doğru bunu tapmaq mümkün idi. Romanda ən xoşladığım amma səhv olan hərəkətlərdən biri də Cekulinin sevgisinin bu qədər çox olması idi. Təbikidə hamı istəyər ki, onu Cekulin kimi birisi bu qədər sevsin. Lakin təəssüf ki Simon bunu dəyərləndirə bilmədi. Son olaraqda hamıya tövsiyə edə biləcəyim bir romandır. Bu qədər
- Yadınızdadırsa sizə öz ulduzumun arxasınca getməli olduğumu demiştim.
- Mən də həmin vaxt o ulduzun alçaq Ulduz ola biləcəyini söyləmişdim. - Puaro təəssüflə dilləndi.