"Ona elə gəldi ki, ölümün nə olduğunu dərk eləyir artıq. Bəli, ölüm sadəcə yoxluq idi, vəssalam. Sən yoxsan, amma həyat davam edir. Sənsiz davam edir."
"Dayanıb liftin qapısına baxdı. Öz-özünə dedi ki, iradəsiz olma, qayıtsan peşman olacaqsan. Nə var axı aşağıda? Yaxşı nə görəcəksən orada? Sonra isə fikirləşdi ki, aşağı qayıtmağına qayıdacaq, amma nə liftlə, nə də pilləkənlə. Kədərli halda gülümsədi..."