Mammedzade İlkin

Mammedzade İlkin
Azərbaycan Turizm və Menecment Universiteti
128 okur puanı
Nisan 2020 tarihinde katıldı

Mammedzade İlkin

, bir kitap okudu
8/10
·168 syf.·
79 günde okudu
·
2023 3. kitabı
Johann Wolfgang Von Goethe
7.5/10 · 150,2bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Yaman darıxmışam səninçün, yaman! Mən əsir düşmüşəm öz istəyimə. Nifrəti gizlətmək asandan asan, Sevgini gizlətmək mahalmış, demə! Haraylar yüksəlir könüldən yenə Bu nece haraydı, bu necə haydı? Öhdəmdən gələrdim...Gözüm üzünə Qulağım səsinə darıxmasaydı.. Elə bil hər yerdən üzülüb əlim.. Mən azıb qalmışam qəm dərəsində. Dirilib yaşanır sənli günlərim Sənsiz günlərimin xatirəsində. Yuxuma gəlmişdin.. Qısıldıq küncə. Danışdıq... Yel əsdi.. Dağıldı dərd-qəm. Kölgəyə dönmüşdüm Səni görüncə Sənin işığında yox oldu kölgəm.
Ümidinizi itirməməyiniz diləyi ilə..
Yanlış insanların içində sıxılıb qaldım. Yavaş-yavaş söndüyümü hiss etdim amma heçnə etmək də gəlmədi içimdən. Bütün enerjimi, içimdə parlayan işığı elə qəddarlıqla söndürdülər ki, qəddarlıqlarındakı o kəskinliyə inanib unutdum gerçəkdəki özümü. Səs-küy o qədər çoxaldı ki, zaman içində tamam karlaşdım. Sonra qaranlıq bürüdü ətrafı, bütün dünyanı. O qədər zülmət oldu ki, bir nöqtədən sonra yeriməyi öyrəndim, bütün qapıları kilidli bu balaca dünyada. Yıxılmaqdan qorxmadım, dibdə olanda niyə yıxılmaqdan qorxar ki, insan? "Sevgi ülvi hissdir" dedilər, "ona tutun, xilas olacaqsan". Əslini bilmədən sevməyə başladım insanları. Beş nəfəri xoşladım, üç nəfəri çox istədim, ikilikdə sevdim təklikdə yenə yalnız qaldım. Aşiq olmağı sınadım. Aldatdım, aldadılmağı gözə aldım. Özümdən başqa birinin varlığını bütün mənliyimdə hiss edib, fərqinə varmaq istədim. Əksimi görəcəyim birini tapmaq üçün ən basırıq yerləri də gəzdim, ən tənha yerləri də. Zirvəyə çıxdım, bataqlıqda
Gedirsən, məni də apar! Gəlim saçını darayım. Bir də nə vaxt əlim çatar? Olar səni qucaqlayım? Oturum səninlə biraz, Gələcəyi varaqlayım. Fonda bir bayatı-şiraz, Olar səni qucaqlayım? Sən gülümsə, heçnə demə, Mən öz halıma ağlayım. Heç nəyi soruşma, bilmə, Olar səni qucaqlayım?
Dəlixanadan məktub:
Salam, mənim sevgilim, indi saat gecədir. Bilirsən, mən dəliyəm, sənin ağlın necədir? Bilirsənmi, vurulmaq, burda günah sayılmır.. Dəlilərin çiynində günahları yazılmır. Bircə səni görməkdi indi ən böyük dərdim, Elə darıxmışam ki.. Gəlsən səni öpərdim.. Burda hər yer zəncirdi, bağla, yatsın həsrətin. Gəl birlikdə çıxardaq dəliliyin ləzzətin.. Bir az da dəli olsam, işim rahatdı birdənəm.. Tək otaq verəcəklər, səni tənha düşünüm. Elə rahat gəzirəm saçlarım darmadağın. Siqaret tüstüsündən sapsarıdı barmağım. Səhv danışsam bağışla, ağlamağa hazıram. Axı dəli olmuşam bilmirəm nə yazıram.. Salam, mənim əzizim indi saat gecədir. Bilirsən, mən dəliyəm, sənin halın necədir? Gəl.. Göylərə baxıram yanıram ölməkçün..