Başın dönər, gözlərin qaralar və ağlını itirərsən,
Sonrası sonsuz qaranlıq.
İşlər bir dəfə pis getməyə başladısa, dayandıra bilmərsən.
Ardını ala bilmərsən, dibə batdıqca batarsan.
Bir nöqtədən sonra hər şeyin normala dönməsi üçün yox, bundan da pis olmaması üçün dua edərsən.
Bir çarə, çıxış yolu axtararsan,
Amma bütün axtarışlar boşunadır.
Nə səsini duyan olar, nə də çarəsizliyini görən,
Tək tənhasan bu həyatda.
İnancını itirərsən, dualara, müqəddəslərə.