KG

KG
@madmonograph
Lise
Bakü
Sumgayıt
49 okur puanı
Temmuz 2021 tarihinde katıldı
Şu anda okuduğu kitap
"Möhtəşəm" sözünün kitaba çevrilmiş halı
10/10
·208 syf.··
Beğendi
·
2021 18. kitabı
·
8 günde okudu
·
Okunma: 21 Eylül 2021 11:10
Bütün insanlığın kitabını seçsək, "Hamlet"i ilk 3 kitabın içinə şübhəsiz qoyaram. Və yaxud da 3 müəllifdən biri mütləq Şekspirdir. Bəs bütün insanlığın simvolu olan Hamlet kimdir? Əsərin mövzusu haqda çox danışmağa dəyməz. Sadəcə 3 açar söz bizə bəs edər: Orta əsrlər, krallar və intiqam. Beyninizdə ilk yaranan fikir "Hamlet"in mövzusudur. Hamlet Danimarka prinsidir və haqqı olan taxta əmisi keçmişdir. Kitab Hamletin kədərdən qəzəbə dönən həyat hekayəsindən bəhs edir. Yazı stilinə gəlsək, əsər dramatik növdə yazılıb. Bu isə oxuma sürətini xeyli asanlaşdırır. Qəliz cümlələrdən uzaq, sadəcə danışıqdan ibarət olan "Hamlet" var qarşımızda. Düzdür, mənzum dram şəklində olmasına baxmayaraq, ortada qafiyə olmadığına görə kitab sizə faciəni ən dolğun şəkildə çatdırmır. Təbii ki, bu bir tərcümədir, burada qafiyə gözləmək olmazdı. Bir tərəfdən baxsaq, əsərin şeir kimi olması oxuma keyfiyyətini aşağı salardı, çünki 200 səhifə şeir bizi öz girdabında batırar bilərdi. Ona görə bu əsərdə qafiyənin olmamasını heç cür irad saymıram. Qaldı əsərin sonuna, daha faciəvi şəkildə yazıla bilərdi. Kitabın axrı bir az ədəbiyyatdan uzaq yazılıb sanki, belə hadisələr çox nadir halda digər sənət nümunələrində baş verir. Əsərə 9 bal verməyimin səbəbi də bu oldu. Bilmirik ki, Hamlet qazandı, ya məğlub oldu? Kitabın sonu da sual şəklində bizə qalır, Şekspirin istədiyi kimi. Bəli, dediyim kimi, özünü insan sayan hər bir şəxsin ən azı bir dəfə mütləq oxumalı olduğu kitabdan danışırıq. Bəs necə oldu ki, Hamlet adlı önəmsiz bir prins bütün insanlığa yararlı oldu? Kitabın içərisindəki fəlsəfə mənim "həzz verici" saydığım fəlsəfə tipidir. Əsər fəlsəfi düşüncələrdən çox fəlsəfi suallardan ibarətdir. Və Şekspir Hamleti bir filosof kimi yox, adi bir insan kimi yaradıb və insanlığa vacib olan sualları Hametin
Edebiyat
HamletWilliam Shakespeare · Qanun Nəşriyyatı · 058,5bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.

KG

, bir kitap okudu
10/10
·208 syf.··
Beğendi
·
8 günde okudu
·
2021 18. kitabı
William Shakespeare
8.5/10 · 58,5bin okunma
Ölüm mükafatdır yaltaqlar üçün.
Sayfa 188 - Qanun Nəşriyyatı·Kitabı okudu
İnsan

KG

, bir kitap okudu
7/10
·80 syf.·
3 günde okudu
·
Okunma: 11 Mart 2018 19:44
·
2018 1. kitabı
Celil Memmedguluzade
8.5/10 · 503 okunma
Əgər şərəf, ismət ləkələnirsə, Adicə bir saman çöpü ötrü Vuruşmaq insana böyüklük verir.
Sayfa 146 - Qanun Nəşriyyatı·Kitabı okudu
İnsan