KG

KG
@madmonograph
Lise
Bakü
Sumgayıt
49 okur puanı
Temmuz 2021 tarihinde katıldı
Şu anda okuduğu kitap
Siçanlara ithaf
10/10
·128 syf.··
Beğendi
·
2023 1. kitabı
·
8 saatte okudu
·
Okunma: 08 Ocak 2023 21:53
"Elə-belə siçandır, Corc" Spoiler 30-cu illər. Böyük böhran. Aclıq və səfalət. Bir də siçanlar. John Steinbeck 1937-ci ildə dünyanı daha bir əsər ilə tanış etdi. Amma bu dəfə məsələ daha qəlizdir. Con və Lenni Qərbi Amerikada pul qazanmaq ümidi ilə yola çıxmış muzdlu işçilərdir. Külək onları hər dəfə başqa istiqamətlərə tullayırdı. Con zəkalı və hiyləgər bir insandır. Lenni isə əksinə, ağıldan kəmdir və həmişə bir "dayə"yə ehtiyac duyur. Bir-birinə zidd bu iki insan talenin onlara çəkəcəyi yolu gözləyirdilər. Onların bir-birindən başqa heç kimləri yoxdur. Con hərdən Lennini danlasa da, ona dəyər verən tək insanın da Lenni olduğunu anlayırdı. Lenni də öz yumşaq ürəyi ilə Conun könlünü almağı bacarırdı. Bu iki kiçik insan sizə bir parça çörək axtarışına düşmüş səyyahları, pulun izi ilə gedən ləpirçiləri və ya amansızca işlədilən kölələri xatırlada bilər. Amma bu iki vətənsiz insanı bütün digər rəncbərlərdən ayıran iki şey vardı: sevgi və xəyal! "Çünki... çünki mənimçün sən varsan, səninçün də mən" Onlar pul yığaraq özlərinə bir ev almağı arzu edirdilər. Heç kimdən asılı olmayaraq tərəvəz yetişdirmək və dovşan saxlamaq xəyalı ilə işə qoyulmuşdular. Kiçik toxuma bənzəyən bu dünyanın bərkimiş divarlarını qıraraq kənara çıxmaq istəyirdilər. Lenni və Con yeni bir iş tapırlar. Burada elə də çox insan yox idi: ranço sahibi, onun ərköyün oğlu və arvadı, əldən düşmüş qoca, adam yerinə qoyulmayan bir zənci və əsas söz sahibi mehtərlə köməkçisi. Burada hər şey normal görünürdü. Amma Conu nə isə narahat edirdi. Qıvırcığın Lenniyə olan nifrəti onları burada çox saxlaya bilməzdi. Lenninin dinc dayanmayacağını bilən Con da ona bir iş tutduğu zaman gecələdikləri çay kənarına gəlməsini tapşırdı. Hər şeyi yenidən başlayardılar, axı ayağa durmağı bacaran insanın yıxılmaqdan qorxusu olmur.
Edebiyat
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2024211,4bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅

KG

, bir kitap okudu
10/10
·128 syf.··
Beğendi
·
8 saatte okudu
·
2023 1. kitabı
John Steinbeck
8.5/10 · 211,4bin okunma

KG

, bir kitap okudu
9/10
·80 syf.·
Beğendi
·
5 günde okudu
·
2022 15. kitabı
Stefan Zweig
7.6/10 · 266,4bin okunma