Həyatı belə anlayıram ki, yolumuza çıxan insanlar səbəbsiz deyil. Bəziləri bizə dərs vermək üçün, bəziləri bizim dərs verməyimiz üçün, bəziləri bizə yardım etmək üçün, bəziləri isə bizim yardım etməyimiz üçün qarşımıza çıxırlar. Bəzən hamısı bir adamda cəm olur. Gərək nə olursa-olsun onu başqaları ilə səhv salmayaq.
Tamamilə itirdiyin birinə və artıq sənin üçün dəyərsizləşmiş birinə hər şeyi bağışlamaq olar. Sevib dəyər verdiyin müddətdə isə bunu etmək çox çətindir…
- Sən necə hesab edirsən, əgər biri səni sevirsə, ayrıldıqdan sonra geri qayıdarmı?
- Məncə, sevən kəs heç bir zaman ayrılmaz. Sevməyən birinin qayıtmağı isə qətiyyən lazım deyil.
İnsanı həyatından çıxarmaq asandır, lakin qəlbindən çıxarmaq çox çətindir. Sən hər gün qəlbinin səhifəsinə onun üçün mənalı bir söz yazırsan, o isə qəlbində nə yazıldığını bilmək üçün oraya baxmır belə. Sevmədiyin minlərlə adamdan eşitdiyin mehriban sözlərin bircəciyini yanlız sevdiyinin dodaqlarından duymaq üçün hər şeyindən keçməyə hazır olursan…