Qarşımda kı,kim olursa olsun hər zaman ona qarşı diqqətcil olmağa çalışmışam. Qəlb qırmamışam. Amma baxıram ki, bu qədər incə düşünmək lazım deyilmiş. Çünkü insanlar çox asanlıqla mənim qəlbimi qıra bilirlər.Onların kiçik bir zarafat hesab etdikləri sözə görə neçə gecə ağladığımı bilirəm mən."Ayda yaman kökəlmisən, az ye, üzün nə gündədir, çox çirkinsən, bu paltar sənə yaraşmır" və daha neçə belə söz və cümlələr saya bilərəm.Tamam məni sevməyə bilərsiz bu sizin şəxsi düşüncənizdir. Amma bu qədər də üzümə vurmayın.Mən də sizin kimi bir insanam. Mənim də qəlbim var. Qırıla bilir.Sonra da birdə utanmadan arxamca bu qədər danışıb üzümü görən də deyirsiz ki, aaa heç bizə gəlmirsən, niyə nömrəmizi qeyd etmirsən, niyə soyuqsan bu qədər.O deyilən sözlərə görə mən bu gün çölə çıxmaq belə istəmirəm.Və bilirəm ki mənim kimi çox insan var. O çirkin sözlərinizi ürəyinizdə saxlayın bir zəhmət və insanların depresiyaya düşməyinə səbəb olmayın. İnsan olun bir az insan❗