Leylâ

Leylâ
@maryventura
Azərbaycan
91 okur puanı
Ocak 2019 tarihinde katıldı
273 syf.
8/10 puan verdi
·
6 günde okudu
marianne də normal insandır, connel də, sally rooney də, oxuduqca sanki hadisələri həmin otaqdakı üçüncü şəxs imişəm kimi izləyən, bəzən onların davranışlarından sıxılıb fasilə verən, eyni zamanda hər birini hiss edə bilən mən özüm də. normal people çox zaman heç də romantik hiss etdirməyən bir hekayədir mənə görə. 21.əsr insanları, onların münasibətləri, kommunikasiya əksikliyi və onun yaradabiləcəyi problemlər, yalnış anlaşılmalar, edilən səhvlər, paylaşılan illər və böyümək.. bilmirəm bu tərz problemlər həmişə bizim dövrlə eyni dərəcədə aktiv olub ya yox amma yazıçının bütün bu mövzuları çox sadə, eyni zamanda çəkici, maraqlı bir dillə, uğurlu bir şəkildə işlədiyini düşünürəm. əslində ilk başda bir az qəribə gəlirdi, kitabın janrı çox oxumağı seçdiyim bir janr deyil və mən 68 yaşında olduğum üçün, yaşadığımız dövrdə keçən hekayələrə öyrəşməmişəm :D bu tərzdə daha çox kitab oxumağı düşünürəm buna görə. sonra yazıçının dilinin sehrinə qapılıb getdim. ortalara çatanda bəzi şeylərdən sıxılmağa başladım, amma davam etdim və davam etdikcə başa düşdüm ki, sıxılmaqla deyil, bu obrazlara çoxdan yaxınlaşmışam, hətta sevgi də yaranıb artıq. yazıçının yazı tərzindən sonra kitabla bağlı ən çox sevdiyim şey sırf söhbətlərin ön planda olduğu bir münasibəti yansıtmasıdır. ağla gələn ilk şeyin dilə töküldüyü, səmimi, uzun-uzun edilən söhbətlərin çox önəmli olduğuna inanıram, və mənə görə, insanların arasındakı münasibətdə yaranan çətinlikləri, anlaşılmazlıqları həll etməyin ən mümkün yolu elə həmin söhbətlərdir.
Normal People
Normal PeopleSally Rooney · Hogarth Press · 20196,3bin okunma
Reklam
304 syf.
7/10 puan verdi
·
5 günde okudu
mənə elə gəlir ki, Matt Haig Sylvia Plath günlüklərini oxuyarkən onun "why can't i try on different lives, like dresses, to see which fits best and is most becoming?" cümləsindən təsirlənib, sonra da ağlına belə bir kitab yazmaq ideyası gəlib. kitabın qəhramanı Nora Seed tam olaraq Sylvia-nın bəhs etdiyi şeyi gerçəkləşdirmə şansı əldə
The Midnight Library
The Midnight LibraryMatt Haig · HarperAvenue · 202056,5bin okunma
251 syf.
·
Puan vermedi
·
7 günde okudu
İnsanlığın mövcud olduğu ən qədim zamandan müasir dövrədək qadınların tarixi. Və ya cahilliyin, zorbalığın tarixi. Ayrı-seçkiliyin tarixi. Bu qədər şeyi, mövcud olduğumuz ilk zamandan bəridir bitmək bilməyən bu ayrı-seçkiliyi belə ard-arda oxumaq nə qədər çətin gəlsə də, bütün bunları oxumaq, bilmək lazımdır. Təbii ki, cinsiyyətdən asılı olmayaraq. Hətta bu mövzuda oxumalara yeni başlamaq üçün ideal kitabdır deyə bilərəm, müsahibə şəklində olduğu üçün nisbətən asan oxunur və içində hər kəsə məlum olan şeylərlə yanaşı, az bilinən bəzi faktlar da var. Müsahibələrin gedişində verilən suallar çox yerindədir, eləcə də cavablar kifayət qədər dolğundur. Xüsusilə ilk iki hissə çox maraqlıdır, sondakı qadının dediyi bəzi şeylərlə bağlı çox arada qaldım. Bəzi fikirləri transfob/homofob hesab oluna bilər lakin əmin deyiləm.
Kadınların En Güzel Tarihi
Kadınların En Güzel TarihiMichelle Perrot · Türkiye İş Bankası Kültür Yayınları · 2020492 okunma

Okur Takip Önerileri

Tümünü Gör
352 syf.
·
Puan vermedi
mənə elə gəlir ki, bu sehrə bir dəfə qapılmışam və artıq Murakami nə yazsa oxuyacağam, başqa şansım yoxdur. oxuduğum digər kitabları ilə müqayisədə daha az bəyəndiyim amma yenə də oxuyarkən məni tamamilə içinə çəkməsini, sadə dili ilə istənilən zaman oxunabiləcək tərzdə olmasını, obrazların doğmalığını sevirəm. bəzən də özümü bir Murakami obrazı kimi hiss edirəm.
İmkansızın Şarkısı
İmkansızın ŞarkısıHaruki Murakami · Doğan Kitap · 201510,8bin okunma
160 syf.
·
Puan vermedi
·
10 günde okudu
əslində bəlkə də, çoxu bildiyimiz şeylərdi amma belə açıq-açıq və ard-arda üzümüzə çırplanda sərt olur. xüsusilə də yaşam hissəsində şillələnmiş hiss etdim. 12.11.20
De ki İşte
De ki İşteOruç Aruoba · Metis Yayınları · 20185,1bin okunma
Reklam
Reklam