- Həyatı belə anlayıram ki, yolumuza çıxan insanlar səbəbsiz deyil. Bəziləri bizə dərs vermək üçün, bəziləri bizim dərs verməyimiz üçün, bəziləri bizə yardım etmək üçün, bəziləri isə bizim yardım etməyimiz üçün qarşımıza çıxırlar. Bəzən hamısı bir adamda cəm olur. Gərək nə olursa-olsun onu başqaları ilə səhv salmayaq.
-Mənim əzizlərim, bilin- pişiklər hərdən balalarını yeyir. Bilirsiz bu fenomen niyə baş verir? Pişiklərin qəddar və acgöz ana olduğu üçün yox. Təbiətin qanunu var. Ana pişiklər təbiətdəki pişiklərin ümumi sayını hiss edir və bu say həddini aşdıqda onlar öz balalarını yeyirlər. Sadəcə say həddini aşmamaq üçün.
“Hansı sənəti istəsən, öyrənə bilərsən. Mən səni yaxşı tanıyıram. Onu da bilirəm ki, müharibə qurtarandan sonra bilirsən Əfqanıstana necə lazım olacaqsan? Kişilərdən də çox lazım olacaqsan. Çünki, Leyla, qadını təhsil görməyən cəmiyyət heç bir uğur qazana bilməz. Heç nə əldə eləyə bilməz”.