Firangiz Samedova

Firangiz Samedova
@miracle777
• Filmin sonunda pisler peşmanlıqdan ağlarkən, yaxşılar gülər.
Rəssam
Müəllim/Rəssam
Baku
Azerbaijan, 27 Nisan
53 okur puanı
Nisan 2021 tarihinde katıldı

Firangiz Samedova

, bir kitap okudu
Puan vermedi·460 syf.·
Beğendi
·
11 günde okudu
·
2022 8. kitabı
Stefan Zweig
8.7/10 · 7,5bin okunma
Reklam
《Mən uğur qazanacağam. Sən mənə mane olmayacaqsan》.
Puan vermedi·490 syf.··
2022 6. kitabı
·
13 günde okudu
·
Okunma: 20 Ekim 2022 20:24
《Mən uğur qazanacağam. Sən mənə mane olmayacaqsan》. “Martin İden” hədsiz iradə, qətiyyət və məqsədyönümlük, arzularını reallaşdırmağa olan inanc haqqında romandır. Bəs baş qəhrəman üçün bu  hədsiz uğur arzusu necə bitəcək? Bu ona xoşbəxtlik gətirəcəkmi? Süjet kasıb gənc dənizçi Martin İden və onun yüksək cəmiyyətdən olan bir qıza qarşı qəflətən alovlanan hissləri üzərində qurulub. Aralarındakı intellektual və sosial uçurumu hiss edərək, onunla bərabər olmaq və qarşılıqlı əlaqəyə arxalanmaq üçün nəyin bahasına olursa olsun təhsil almağa və gözəl ədəb öyrənməyə qərar verir. Bundan əlavə, biz Martinin kəskin və qarşısıalınmaz bilik həvəsini müşahidə edirik, o, kitabları udur, gündə ən çox dörd saat yuxu yatır, xəyalına gedən yolda hər şeyi unudur. Günlərin birində poeziya və nəsr dünyasını kəşf edərək özü yazıçı olmağa qərar verir. İlk növbədə, romanda müəllif özünü dərk etmə ideyasını və cəmiyyətin rəyinə zidd olan və “lazım olduğu kimi" deyil, “özünün düşündüyü kimi” hərəkət etməyə qərar verən insanın nə olduğunu ortaya qoyur.  O, öz yolunu seçir, sevdiyi işlə məşğul olub pul qazanmağı xəyal edir. İstedad, pul, uğur və şöhrət arasındakı əlaqənin məşhur mövzusu qaldırılır. - Öz yaradıcılığınızla pul qazanmaq mümkündürmü? Bu romanı çox bəyəndim, kitab boyu baş qəhrəmanın düşüncə tərzinin necə dəyişdiyinə və yaxın vaxtlara qədər qarşısında praktik olaraq baş əydiyi insanlara baxışına heyran qaldım. İntellektual cəhətdən inkişaf etdikcə gözləri ətrafındakı reallığa, dünyaya və bütövlükdə cəmiyyətə açıldı. Mən onun arzusuna olan qətiyyətinə və inamına heyran oldum ... müəyyən bir nöqtəyə qədər. Sonu ürəyimi parçaladı...
1000Kitap
Martin İdenJack London · TEAS Press · 0135bin okunma

Firangiz Samedova

, bir kitap okudu
Puan vermedi·152 syf.·
4 günde okudu
·
2022 7. kitabı
Osho
7.5/10 · 1.068 okunma
Əgər Himalay dağlarına gedib tənha qalırsınızsa, bir musiqi notu kimisiniz, əgər böyük dünyada yaşayıb kiməsə bağlısınızsa, onda da musiqinin bir notu kimisiniz. Əgər siz dünyada və ondan kənardasınızsa və əgər siz Himalayı ürəyinizdə daşıyırsınzsa, bu vaxt siz not yox, harmoniyasınız. Həyat daha mürəkkəb olanda daha yüksək harmoniya mümkündür, yalnız mürəkkəblik halında yüksək harmoniya yaranır.
1000Kitap
Hiss etdiyiniz hər emosiyanı yaşayın, bu sizsiniz. Nifrət edən, pis, yararsız, hər nədirsə siz özünüzsünüz. Əvvəlcə imkan verin emosiyalarınız tam olaraq şüurunuza gəlsin, üzə çıxsın, onları yaşayın, onlardan əziyyət çəkin. Bu çox çətin və yorucudur, amma nəticəsi yaxşıdır.
1000Kitap
Reklam