Mirmahammad

Mirmahammad

, bir kitap okudu
10/10
·368 syf.·
Beğendi
·
2020 8. kitabı
Fərman Kərimzadə
8.8/10 · 96 okunma
Reklam
Başı kəsik gözəl kötük, bu dağı sənə kim çəkdi? Baltanı sənə kim vurdu, bıçağı sənə kim çəkdi? İpək-ipək yarpaqların Küləklərlə talandımı? Bilək-bilək budaqların ocaqlarda qalandımı? Küsdünmü taleyin acılığından? Zalımlar keçmədi qocalığından Yıxılmış ucalığından, başı kəsik gözəl kötük… Gözəl kötük, sızıldama, göynəmə, Nə baltalar, nə bıçaqlar qalacaq. Ucalıqdan yıxılsan da, qəm yemə, Sən yıxılan ucalıqlar qalacaq. Dünyanın küləyi keçər, Qarı yağışı keçər. Qatar-qatar quşu keçər, daş atarlar, daşı keçər sən yıxılan ucalıqdan. Ümidli gözlər dikilər, Körpə ağaclar yekələr, Yekələr, qalxar, dikələr sən yıxalan ucalığa...
Birdən Asiyadeh yad, lakin sultan oğlunun tam başa düşə biləcəyi bir dildə qışqırdı: - Həzrəti Dövlətiniz! Burdakı bu kişi, - Kurtsa işarə etdi, - məni öz evinə çəkib zor işlətmək istədi, ərim yan otaqda ola-ola. Panama Conun əlindən düşdü. Gözləri vəhşicəsinə qığılcımlandı. Dodaqları səyridi. Yumruğunu düyünləyib qəfil bir zərbə ilə Kurtsun sifətinə çırpdı. Kurts təngildədi. Zərbə təkrar olundu. Conun bədəni gərildi. Sifətindən hirs yağırdı. Qısa, güclü zərbələr bir-birini əvəz etdi. Conun saçı alnına tökülmüşdü. Ay işığına qərq olmuş soyuq qarın üstündə o, gecə ovuna çıxmış amansız yalquzağa bənzəyirdi. - Kömək edin, - Kurts zarıdı. Hassa Conun üstünı atıldı. Sem əl-qolunu yellədi. Meydandan iki mühafiz polisi onlara doğru yeridi. Con əldən çıxdı. Çevik bir sıçrayışla maşına çatdı. Sem onun arxasınca tullandı. Polislər gələnə qədər maşın yerindən tərpəndi. Hirsdən və ağrıdan əyiş- üyüş olmuş sifətlə Kurts uzanıb qarda qaldı. - Dəli, - tövşüdü, - ipləmə. O saatca dedim. Təslim köynəyinə salmaq lazımdır onu. Asiyadeh böyürdə dayanmışdı. Ayaqları qara batmışdı. Susurdu. Xəyal içində kirmişcə gülümsəyirdi. Evinin son daşı qoyulmuşdu.
Sayfa 286 - "Nurlan" nəşriyyatı, 2005·Kitabı okudu
Edebiyat