Mirmahammad

İnsanın insanlığı onun öz ətrafına diqqəti qədərdir. Allame Muhammed Hüseyin Tabatabai
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Əli (ə) məscidin mehrabında qətlə yetirildi. Dedilər: “Məgər Əli namaz qılırdı ki, məscidə daxil olub?” Nə böyük kin, nə dərin cəhalət?! Bu düşmənçilik Əlinin (ə) Bədr və Xəndək döyüşlərində vurduğu zərbələrin namərd cavabıdır.
Hər ömür romandı; uzun, ya qısa,- şirin sevgiləri, acı səhvləri. Sənin yaşadığın bu romanınsa nə çoxdu cırılan səhifələri. Burda uc-ucadı doğruyla yalan, Bəlkə, bu romanı yazan naşıdı? Bu ağ varaqlarda ləkəsi qalan Ya dodaq boyası, ya göz yaşıdı. Çox da varaqlama bu romanı sən, Qəflətən səksənmək təhlükəsi var. Hansı varaqdasa bir də görərsən, Hələ qurumayan qan ləkəsi var. Bu kimin qanıdı? Bu nə qandı? Nə?! Kimin qatilisən? Kimin cəlladı? Batır barmağını, bir vur dilinə, Gör tanış gəlirmi bu qanın dadı. Dadı yox, tamı yox, bu necə qandı? Hardan bu varağa sızılıb bu qan?.. Bir yox, sənin ömrün iki romandı; Biri tanrı yazan, biri sən yazan. Tanrının yazdığı bu deyildi ki... Bir dön ömrünə bax; otuz ildi ki, Tanrının yazdığı o romanı sən Korlaya-korlaya ömür sürürsən. Bir bax o səhvlərə, yalnışlıqlara, Gör necə calanıb biri-birinə. Neçə dostluqlara, tanışlıqlara Sən nöqtə qoymusan vergül yerinə. Gör necə qoşmusan sən bu romanda
Köhnə qoxular kimi Köhnə qorxular da candan heç cür çıxmaz ki, çıxmaz. Nə sabunla, nə şampunla yuyular. Qəflətən hansısa məclisdə, yasda çirkli corab qoxusutək açıq-aşkar duyular, vurar yanındakı adamları da. Tamada sağlığı saxlar yarımçıq, molla yasinini kəsər yarıda. Bəlkə, bu dünyada ən mundar qoxu sənin canındakı qorxudu, qorxu. Özün də bilmirsən, bu nə qorxudu?! Səni ilan kimi qəfildən çalan bəlkə də atandan, babandan qalan bir sırtıq, qartımış, köhnə qorxudu. Ramiz Rövşən