“Bir an belə beynimdən çıxmırdı. İndi əsl ağrının nə olduğunu başa düşürdüm. Ağrı, özündən gedənə qədər döyülmək deyil. Ağrı, ayağına şüşə qırığı ilə kəsmək, əzcaxanada yaranı tikdirmək də deyildi. Ağrı, insanların öz sirlərini açmaq fürsəti əldə etmədən ölmələri və bu iztirabın qəlbi doldurmasıdır. Ağrı qollarından, başından gücünü əlindən alır, hətta başını yastıqda döndərmək həvəsini də yox edir.”
Lakin tezliklə, tezliklə hər şey yaxşı olacaqdı. Çoxdan bəri eşitməyə öyrəşdiyim bir söz var idi: “Uşaqların yarası tez sağalar. Evlənəndə yadından çıxar.”