Maraqlı Dialoqdan Doğan Şeir...
Bir gün Mikayıl Müşfiqi Rəsul Rza evinə dəvət edir. Xeyli söhbətdən sonra süfrəyə yemək gətiriləndə Müşfiq gülümsəyərək: — Mən ömrümdə bu böyüklüyündə qutab görməmişəm, — dedi, — ac adam bunun ikisini güclə yeyər. Dostlar gülüşdülər. Rəsulun anası isə dedi: — Oğlum, bu, qutab deyil. Şirvanda hamı ona kətə deyər. Çox dadlıdır. İçərisinə ən ətirli göyərtilər, bir də turşu əvəzinə nardança qoymuşam. Nuşi-canlıqla yeyin. Müşfiq ilk dəfə eşitdiyi «kətə», «nardança» sözlərini ağızucu təkrar etdi. Nədənsə bir anlığa xəmir yayan Rəsulun anası ilə sac üzərində kətə bişirən qaynanasına baxdı və dərindən köks ötürdü. Bir papiros yandırıb, ürəyində həmişəlik qubar salmış bu sözləri pıçıldadı: — Görəsən, anam sağ olsaydı... Həmin axşam Müşfiq üzünü xatırlamadığı, sözünü, söhbətini yada sala bilmədiyi, 2 yaşında ikən itirdiyi anası Züleyxa haqqında şerini yazdı: Ana dedim, ürəyimə yanar odlar saçıldı, Ana dedim, bir ürpəriş hasil oldu canımda, Ana dedim, qarşımda bir gözəl səhnə açıldı, Ana dedim, fəqət onu görməz oldum yanımda. Ana, ana!... Bu kəlmənin vurğunuyam əzəldən, Onu gözəl anlatamaz düşündüyüm satırlar. Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən, Çünki onun xilqətində ayrıca bir füsun var. Başqa aləm yaşamadım böylə gözəl biçimdə, Onu kimsə gözəlliyin cilvəsində yaratmış; Ana, ana... çiçəkli bir fidandır ki, içimdə Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış. O fidanı bəzi vaqıt istiyorum çəkərək, Qoparayım ürəyimdən, fəqət onda varlığım Sızıldarkən, sanki bir səs qopub incə və titrək Bir lisanla söylüyor ki: - Mənə dəymə, yazığım! Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım, Söylədiyin sözlər ki var beşiyinin üstündə
Şiir
Mən bir oxucuyam... Şəhriyarla "Heydərbaba" dağına həsrət çəkən, əvvəlki illəri üçün darıxan biriyəm... Cavidin "Səsli qız"ı kimiyəm... Ədalət tərəfdarıyam, haqq səsimi daim ucaldıram... Xurşidbanu kimiyəm...Çarəsiz qalan,lakin xalqı üçün yaşayan, ailəsini xalqa qurban verən biri kimiyəm... Koroğlu kimiyəm...Hər çətinlik qarşısında əyilməz, sonda qalib biri kimiyəm... Nəsimi kimiyəm...Anlaşılmıram...Sonda yenə də unudulmuram, bu cahana sığmayıb, qəlblərə həkk oluram... R.Rzanın "Çinar ömrü" kimiyəm... Bir ömür daha istəyirəm... M.F.Axundzadənin Şahbaz obrazı kimiyəm... Bəxtsiz biriyəm, daim tərəqqi istəyirəm, əməlimdən geri dönmürəm... Mən "Guş qıl" əsəriyəm..Musiqi tərəfdarıyam, qəlblərdə həzin oxunuram... Mikayıl Müşfiq kimiyəm...Daim həyat sevgisi ilə yaşayıram.. Rəssama sevgilimin gözəlliyindən danışıram...Yağış yağanda seyr edən, damlalara aşiq biriyəm.. Səməd Vurğun kimiyəm... Vurğun biriyəm..Analara, vətənə, elinə vurğun biri.. Mən Oqtay Eloğlu kimiyəm... Sevgimi göstərmirəm..O cananı bu cahana yaraşdırmıram.. Sonda qınanılan biriyəm... Mən hər obrazı yaşayan biriyəm... (Azərbaycan ədəbiyyatının özünəməxsus məna çalarlığı...)
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Bu il nəşrə çıxacaq " O qadın mənəm " adlı kitabımdan..
Mən hər şeyi orta sevirəm.. Həyatın ortasında dayanmağı seçirəm məsələn, nə kiməsə həddindən artıq yaxınlaşıb özümü itirəcək qədər, nə də divarlar hörüb əlçatmaz olacağam qədər uzaqlaşıram. Çox yaxınlıq məni boğur, çox uzaqlıq isə soyudur. Mən aradakı o incə məsafəni sevirəm .. Nəfəs almağa imkan verən, amma bağları da qoparmayan məsafəni.. Hisslərimdə də belədir, münasibətlərimdə də, seçimlərimdə də. Nə sevərkən özümü unuduram, nə də sevməkdən qaçıram. Hər şey qərarında olanda özümü daha çox hiss edirəm. Qəhvəni orta şəkərli içməyim də təsadüf deyil, nə acılıq tam üstün olsun, nə də şirinlik həqiqi dadı gizlətsin. Mən həyatın dadını qarışdırmadan, olduğu kimi, amma balansla yaşamaq istəyirəm.. Nə çox, nə az.. Sakit, orta, amma dərin...
Karbala
Kərbəla mənim üçün sadəcə bir şəhər deyil, qəlbimdə xüsusi yeri olan, ruhuma toxunan müqəddəs bir məkandır. 2019-cu ildə o müqəddəs torpaqlara ayaq basmaq mənə nəsib oldu. O gündən bəri Kərbəlanı xatırladıqca qəlbimdə izahı çətin olan duyğular canlanır. Orada hiss etdiyim mənəvi ab-hava, insanların sevgisi, dualar və müqəddəs məkanların verdiyi hüzur tamam başqa idi. İmam Hüseyn əleyhissəlamın şücaəti, haqq uğrunda göstərdiyi misilsiz fədakarlıq, zülmə boyun əyməyən əzmi və Allah yolunda hər şeydən keçməsi məni həmişə heyran edib. Onun həyatı mənim üçün ədalətin, səbirin, ləyaqətin və iman uğrunda mübarizənin ən gözəl nümunəsidir. Hər il Məhərrəm ayında olduğu kimi, bu il də İmam Hüseyn əleyhissəlamın müsibətinə əza saxlayır, Kərbəla müsibətini xatırlayaraq kədərlənir və qəlbən onun dərdi ilə dərdlənirəm. Kərbəla hadisəsi mənim üçün sadəcə tarixi bir hadisə deyil, haqqın və insanlıq dəyərlərinin əbədi simvoludur. 2019-cu ildə o müqəddəs torpaqları ziyarət etmək mənə nəsib olsa da, hər il qəlbimdə yenidən Kərbəla və Nəcəfi ziyarət etmək arzusu yaşayır. Ümid edirəm ki, Uca Allah yenidən o müqəddəs məkanlara qovuşmağı nəsib edər və İmam Hüseyn əleyhissəlamın hüzurunda dua etməyi bir daha qismət edər. Kərbəla mənə öyrətdi ki, haqq yolunda olmaq bəzən çətin olsa da, ən böyük qələbə vicdanını, imanını və ləyaqətini qorumaqdır. Hüseyn əleyhissəlamın adı keçəndə qəlbi titrəməyən, Kərbəlanı xatırlayanda kövrəlməyən bir könül təsəvvür edə bilmirəm. Çünki Kərbəla bir tarix deyil, qəlblərdə yaşayan əbədi bir məktəbdir.
Əllərimdən əllərini, çək canım soyut məni Desələr sevgi yoxdu, göstər sübut məni Etmə şair, etmə yazar, sadəcə avut məni Mən unuda bilmədim heç, bacarsan unut məni
Müzik
\\Cəlil Məmmədquluzadə: Məni başa düşmürlər, mən də onlara başa düşməyəcəkləri şeylərdən danışmıram. \\Mədinə Abbaszadə: Mən bu qulaqlara görə ağız deyiləm, danışdıqca artıq səsim batıb. Anlamırlar dinləmirlər və buna baxmayaraq məni sakitləşdirməyə çalışırlar.Halbuki mən sakitləşmək istəmirəm, bir dəfə olsun həqiqətən eşidilmək istəyirəm. İçimdə illərlə yığılan sözlər var, amma hər dəfə yarımçıq qalır. Çünki bəzi ağrılar izah edildikcə yox, qarşımdakılar anlamadıqca daha da ağırlaşır.)İnsan bəzən danışmamağı seçmir, sadəcə danışdığı yerdə özünü tapa bilmir. Hər kəs cavab verməyə hazırdır, amma çox az adam dinləməyə. Mən isə məni düzəltməyə çalışanlardan yox, məni anlamağa çalışanlardan yorulmadan danışa bilərdim. İçimdə qopan fırtınaları “keçər” deyə bir cümləyə sığışdırırlar. Halbuki bəzi şeylər keçmir, sadəcə insan onları daşımağa öyrəşir. Mən də çoxdan öyrəşmişəm. Gülümsəməyin arxasında susmağa, susmağın arxasında isə qırılmağa. Bəlkə də problem sözlərimdə deyil. Bəlkə də bəzi hisslərin dili yoxdur. Nə qədər danışsam da, yaşamayan anlamır. Ona görə artıq hər şeyi içimdə saxlayıram. Çünki bəzi yaralar göstərildikcə yox, baxılmadan keçilib gedildikcə daha çox qanayır.