Puan vermedi·448 syf.··
2026 68. kitabı
·
11 günde okudu
·
Okunma: 03 Haziran 2026 13:21
Düzünü desəm,gözləntilərimi tam mənasıyla qarşılaya bilmədi.Amma sevdim.Uşaqlarla bir yerdə yaşamış kimi oldum mən də o zamanları,o günləri,anları.Mənim sevimlim Skaut oldu.Çox ağıllıydı,çox sevdim onun dünyasını.Biraz öz uşaqlığıma da oxşatmış ola bilərəm onu bəlkə ona görə :d.Nəticədənsə daha çox axışından zövq alınacaq kitab idi.Attikusun insanlığına heyran qaldım.Deyəsən,deyəcəklərim bu qədərdi.
Bülbülü ÖldürməkHarper Lee · Qanun Nəşriyyatı · 201988,8bin okunma
10/10
·1808 syf.··
2021 9. kitabı
·
32 günde okudu
·
Okunma: 23 Nisan 2021 20:47
27 aprel. Ədəbi dünya sərhədləri daxilində öz varlığımı tapdıqdan sonra dillər əzbəri olan bir əsəri nəhayət ki bitirdim. Oxuduğum yaxşı və ya pis heç bir əsərin sonunu sevmədim. Çünki hər sonun daxilində mütləq bir kədər vardır. Hərb və sülh. Nə qədəri hərb, nə qədəri sülh? Mən elə düşünürəm ki, Tolstoy əsərin adını sadəcə Napoleon və I Aleksandr öndərliyi ilə baş verən sıralı müharibələrə şamil etmirdi. Hər bir şəxsə çoxdan məlum olan lakin əksəriyyətin görmək istəmədiyi bir düşüncəni ötürür.. Hərb və sülh təkcə, beynəlxalq qanunlara görə bir kişini öldürdüyün zaman cinayətkar, min kişini öldürdüyün zaman isə buna müharibə adını verən ölkələr arasında sirayət etmirdi. Hərb və sülh insanlığın daxili mənəviyyatında idi. Dirijorluğunu etdiyimiz, adına həyat dediyimiz bu operada şübhəsiz ki, sayısız müharibə sədalarını eşidəcəkdik.. Ruhumuz daimi bir şəkildə Hərb, mübarizə içindədir və bu son pillə olan ölümə qədər davam edəcəkdir yəni Sülh ancaq ölümlə həqiqət dərəcəsinə yüksələ bilər. Əsərdə mənim sevimli obrazım knyaz Andreyin müharibə zamanı yaralanmış halda səmaya baxdığı, həyat adlı operanın melodiyalarının susduğu an Sülhün ən böyük işarətlərindən biri idi. Lakin o müthiş anda Andrey Sülhə qovuşmadı çünki operanın ikinci pərdəsi başlayacaqdı.. Əgər yaşamaq Hərb, ölmək Sülh idisə varlığımızın bu həyatdaki mənası nə idi? Niyə biz Hərb vəziyyətinə gözlərimizi açırıq? Dini cəhətdən analiz etdiyimizdə görürük ki, Allah bizi müharibənin daxilinə göndərir və sonsuz sülhü sadəcə onun hüzurunu dadacağımız ana bağlayır. Necə də möhtəşəm! Məhz buna görə, Tolstoy bu əsərini bitirdikdən sonra depressiyaya düşərək, varlıq anlayışını Xristian dini konsepsiyasında axtarmışdır. Həyati nəticəsinə baxdığımız zaman isə, buna nail olmadığı həqiqəti ilə üzləşirik. Hüzur içində Sülhü
Savaş ve Barış (2 Cilt Takım)Lev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202125,9bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
10/10
·208 syf.··
Beğendi
·
2020 12. kitabı
·
4 günde okudu
·
Okunma: 04 Nisan 2020 16:15
Salam Qədirzadə-Kəndimizdə Bir Gözəl Var 5/5 Bir müddət öncə @kitab_oxuyan_dostlar ilə canlı yayında danışmışdıq. (Bu arada keçid edib @kitab_oxuyan_dostlar səhifəsini İGTV videoları qismindən izləyə bilərsiniz) Dedim ki, mütləq postunu yazmalıyam. Yazıçının qələmi ilə ilk tanışlığım idi və ciddi anlamda çox bəyəndim. Fikirlərini, duyğularını çox aydın şəkildə yazıçı ifadə etmişdi kitabda. Kitabda, əslində hər birimizin həyatda rastlaşa biləcəyimiz obraz Yeganənin etdiklərindən bəhs edir. Yeganə yalançı keçmişi ilə Bakıya köçür və Əkrəmlə tanışır. İrəlləyən zamanlarda, münasibətləri ciddiləşir və ailə həyatı qururlar. Fəqət Yeganənin iki kəliməsindən biri yalan olduğu üçün Əkrəm zamanla onunla soyuyur. Müharibə başladığı zaman isə Əkrəmə nə qədər Yeganə getməməsi üçün yalvarsa da, Əkrəm yolundan dönmür və müharibə gedir. Olanlar isə bundan sonra olur. Yeganə yaşadığı həyatda dinc durmur. Əkrəm müharibədən çox başqa cür qayıdır. Qayıtdığından sonra isə ikinci həyatı başladığı üçün Yeganənin gerçək üzünü görür. Bu yolda illər öncə yolları kəsişdiyi lakin xatırlamağı, indiki zamanda isə eyni həyətdə yaşadığı Səltənət xalanın qızı Fəridə ilə kəsişir. Məncə bu qədər anlatmağın sizin marağınızı çəkmək üçün yetərlidir. Kitabdaki hər bir obraz fərqli olsada mənim ən sevimlim FƏRİDƏ idi! Bir insan sadəcə bu qədər gözəl dürüst ola bilərdi. Hələ kitabda bəhs olunan məkanlar. Uşaqlığımı keçirdiyim o Təzə Pir məscidinin olduğu küçələr... Kitabı sözün əsl mənasında yaşadım. Bakıya getdiyim zaman isə mütləq o küçəni daha incəliklə gəzəcəm və bir daha o kitabı qəlbimdə hiss edəcəm. Salam Qədirzadə əslində, romanında bütün obrazları, hadisələri açıqlığı ilə yazmışdır. Bununla da əslində həyatda da, belə hadisələrlə gün ərzində nə qədər insanın qarşılaşdığını anlamış ola bilərik.
1000Kitap
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2015323 okunma