Bir də ki nə fərqi vardı ? Onsuz da hamı ölürdü - yaxşı da, pis də; güclülər də, gücsüzlər də; həyatı sevənlər də, sevməyənlər də. Hamı ölürdü. Bircə nəfər kimi...
Sivil şəhərimizin düz göbəyində, gecəqondularda və fəhlə gettolarında, sən demə, biz barbarlar, vəhşilər yetişdirirmişik. İndi bu bəlalı günlərdə vəhşi heyvanlar kimi üstümüzə cumub, bir tərəfdən də onlar canımıza daraşmışdı.