" Onu görəcəyəm!",- səhər-səhər ruhlanaraq böyük coşqu ilə o gözəl günəşə nəzər salanda var gücümlə qışqırıram; onu görəcəyəm! Bütün günü bundan savayı ayrı diləyim olmur. Hər şey, hər şey bu diləkdə bir-birinə sarılır.
Və sonra, insan nə qədər məhdud olsa da, qəlbində həmişə azadlığın şirin duyğularını gəzdirir və düşünür ki, həyat adlanan bu dustaqxananı istədiyi vaxt tərk edə bilər.
Əksəriyyət yaşamaq üçün ömrünün azad hissəsinin çoxunu işə sərf edir, boş vaxtdan o qədər qorxur ki, ondan xilas olmağa müxtəlif yollar axtarır. Budur insanın təyinatı !