- Başa düşülməyəcək nə var, ay ata? Ət yemirəm, etik olaraq düzgün qəbul etmirəm, bu qədər.
- Onda neynim bu heyvanı, ay oğul?
- Apar, qaytar, burax, nə bilim, nə edirsən, özüm bilərsən.
-
Az öncə necə bir şey istədiyimi bildim. Hal-hazırda kafedə oturub işləyirəm. Yanımda isə bir ailə əyləşdi. Xanım Azərbaycanlı idi, yoldaşı isə xarici vətəndaş (yalnız ingilis dilində bilirdi). Uşaqları ilə həm rusca həm ingiliscə həmdə öz dilimizdə danışırdılar. Bunun maraqlı olan qismi bunu uşaq atası ilə şahmat oynadığı anda edirdilər. Yaxınlaşıb əgər problem yoxdursa izləmək istədiyimi soruşdum. Təbii ki buyurun cavabını aldıqdan sonra bu isti mühitə azcada olsa məndə qoşuldum. Xanım ilə biraz söhbət etdik. Uşaqları ciddi şəkildə şahmat ilə məşğul olur, kursa və yarışlara qoşulur. Biraz izlədim o qədərdə pis oynamırdı, yaşına görə çox yaxşı idi təbii ki. Atası istəsən sizinlədə oynaya bilərik soruşdu narahatçılıq verib, zamanlarını bölməyim deyə qəbul etmədim və uğurlar diləyib yanlarından ayrıldım.
Bir-birilərinə çox mehriban, uşaqları üçün öyrənməyi çox gözəl formada təşkil edən bu ailəyə uğurlar diləyirəm. Bu yaşdakı uşağa 3 dildə təmiz danışdırmaq, şahmat kimi dünyanın ən gözəl və ağıl tələb edən oyununu sevdirmək həm xəyalım həmdə heyran olduğum bir şeydir.