Peyğəmbərin (s) dövründə bir neçə dost bir yerə yığışıb cəmiyyətdən və ailələrindən uzaq durmağa və ibadətlə məşğul olmağa qərar verirlər.
Onlar özlərini evlərinə bağlayır, cəmiyyət və ailələri ilə əlaqəni kəsirlər. Gecələri ibadətlə, gündüzləri isə oruc tutmaqla keçirirlər. Bu xəbər Peyğəmbərə (s) çatdıqda camaatı məscidə toplayıb buyurur: "Mən sizin peyğəmbəriniz olaraq insanlarla ünsiyyətdəyəm, həyat yoldaşım və ailəm var, gözəl yemək yeyirəm, kim onları tərk edərsə, mənim sünnəmi tərk etmişdir."¹
Filosofların, psixoanalitiklərin, sosioloqların bu qədər israrla bəhs etdikləri "mən”, mənlik arayışı, insanın sosioloji və psixoloji varlıq olaraq cəmiy- yətdə özünə yer tutması, özünü reallaşdırması niyə bu qədər mühümdür? Universitetə qəbul olunmaq, ailə qurmaq, sevdiyi işlə məşğul olmaq kimi fəaliyyətlərin fonunda insanın öz mənliyinin arayışı niyə bu qədər aktuallaşır?
Reallıq budur ki, insan sadəcə fiziki, maddi tələbatlarını ödəyərək həyata bağlana bilmir. Ona daha ali hədəflər və məqsədlər lazımdır. Həyatımızın məna kəsb etməsi çox mühümdür. Əgər həyatı- mızın mənası yoxdursa, biz ən bahalı hoteldə də, əsir düşərgələrində də əzab çəkəcəyik.
Xoşbəxtlik. Müəllif: Hermann Hesse
Həyatın başqa məqsədi yoxdur,
Yalnız bir məqsəd var, o da xoşbəxtlik.
Xoşbəxtlik üçün bu dünyaya gəlirik,
Mənəviyyatın zirvəsinə çatırıq,
Zənginliyin dəryasında üzürük,
Amma xoşbəxt olmağı bacarmırıq.
Səbəb çox deyil, səbəb birdir:
İnsan öz xoşbəxtliyini tapa bilmir...
Müəllifin sözü
Xoşbəxt bir tənbələ çevrilmək
Ey, sənləyəm. Niyə key kimi baxırsan? Kursa gedib- gəldin?
- Bəli.
-Tapşırıqlarını etmisən?
-Bəli.
-İngilis dili dərsini öyrənmisən?
-Bəli.
-Doğrudan məktəbdən verilən bütün tapşırıqlarını yerinə yetirmisən?
- Bəli.
-Onda boş-bikar durma. Heç olmasa, əlinə bir kitab götür, oxu.