Stefan Zweig yenə digər əsərlərində olduğu kimi bu kitabında da öz fərqini ortaya qoyub. Kitabın adını daha əvvəl eşitmişdim amma oxumamışdım, bu gün oxumaq fürsətim oldu. Kitabın həcmi kiçik olduğu üçün kitab oxumağa yeni başlayanlara tövsiyə edilə bilər əsərlərdəndir. Kitabın mövzusu haqqında spoiler vermədən təhlil etmək mümkün deyil. Sadəcə qeyd edim ki, kənardan çox sadə və asan görünən həyatlar, hadisələr heç də düşündüyümüz kimi olmaya bilir. Əsasən də mövzu hisslərdirsə. Hadisələrin sujet xətti bir xanımın dilindən danışılır.
Kitabda hər şey bir oteldə qalan qonaqlar arasındakı mübahisədən bəhs edərək başlayır. Mübahisəyə səbəb evli və iki övladı olan xanım Henriettenin fransız bir gəncə qoşulub qaçmasıdır. Hər kəs onu qınayarkən sadəcə bir nəfər xanım onu başa düşüb, müdafiə edir. Bunu görən xanım C (əsas baş qəhramanımız) həmin xanımın onu da başa düşüb, qınamayacağını bilim həyatında unudulmaz iz buraxan 24saatlıq bir hekayəsini danışır. Əsas hadisələr bu məqamdan başlayır. Kitabın həyəcan və marağını qaçırmamaq üçün bu 24saatda nələr baş verir deməyəcəm amma ən azından bir dəfə oxumağı hər kəsə tövsiyə edirəm.
"Sevgi", mərhəmət, qumar açar sözlər kimi qeyd edim sizlər üçün :)