musa.aziz

musa.aziz
@musa_azizli
Maliyyə
Menecment
Bakı
Bakı
25 okur puanı
Şubat 2026 tarihinde katıldı
Bu şəhərdə, mənim durğunluq içində keçəcək ömrümü çalxalaya biləcək heç kim yox idi.
Sayfa 105·Kitabı okuyor
Reklam
Onsuz da, nə olursa olsun, məni həmişə baş verəcək eyni olaylar gözləyirdi. Eyni cür davranışlar. İlin eyni fəsilləri. Eyni bir gölün qırağı ilə gəzişmək. Bazar günü axşam yola çıxan eyni avtobuslar. Birinci gün. İkinci gün. Cümə günü. Yanvar. Fevral. Mart. May. Biribirinin eynisi olan günlər. Biri-birinin eynisi olan adamlar. Saatlar da biri-birinə oxşayır.
Sayfa 103·Kitabı okuyor
..mən gör neçə illərdir, qapalı bir çevrə boyunca fırlanır, heç cür bu çevrədən qırağa çıxa bilmirəm. Varlığımı bərk bir sarsıntı və yalqızlıq duyğusu bürüməyə başladı, ən qəribəsi, mən onlara qarşı heç bir dirəniş göstərmirdim. Mən axı, onlan üstələməyin çox asan bir iş olduğunu bilirdim - mənə məsləhət verən dost səsi və qayğı ilə çiynimə toxunan bir əl, onlardan qurtulmaq üçün yetərdi...
Sayfa 97·Kitabı okuyor
Görünür, mənim ömrüm elə biri-birinə oxşayan olayların təkrarlanması ilə də keçəcəkdi.
Sayfa 97·Kitabı okuyor
..müstəqil keçən uşaqlığımın ailədəki asılılıq içində yaşamaqdan üstün olduğunu düşünürəm.
Sayfa 54·Kitabı okuyor
Reklam