Bilirsiz xoşbəxt olmayan insanlar var. Və onları günahlandırırlar ki, daha çox şey istəyirlər, kiçiklərlə tətmin olmurlar.
Amma problem insanların kiçik ya da böyük şeylərlə xoşbəxt olmağı deyil. Problem insanların xoşbəxt olmağı istəyib, istəməməyindədir. Xoş bunu nə qədər problem saya bilərik ki. Bəlkə də xoşbəxtlik elə xoşbəxtliyi istəməməkdədir
Gecə ya da gündüz. Sizcə digərindən daha üstün olanı var? Ya da ağla qara, düzlə əyri, bəlkə də çirkinlik və gözəllik?
Mən bacımı çoox sevirəm, bu onu digər insanlardan üstün qılmaz. Mən qonşumu sevmirəmsə, bu da onu digər insanlardan əksik qılmaz. Insanlar bərabərdir, zidd ola bilərlər, fərqli ya da eyni, hər halda insanlar bərabərdir. Onlara dəyər verən olsun ya da olmasın.
Dediyim bütün bu anlayışlar da bərabərdir və əksini var edir. biri digərindən üstün deyil, çünki Allah (c.c) dünyanı ədalət üstündə qurub.
Xoşbəxtlik və kədərlilik də belədir. Niyə sadəcə biri olmağımız tələb edilir?
İnsanlar özlərini xoşbəxt ola bilmədikləri üçün öldürür. Xoşbəxtlik tələbi bədbəxtlik gətirir. Əgər melanxoliya da normallaşdırılsa cəmiyyətdə, xoşbəxtlik bizim üçün bir tələb yox, istək, seçim olsa, insanlar daha hüzurlu olmazmı? Xoşbəxtlik güldürür, kədər ağladır. İnsanlar fərqlidir, duyğuların onların düşüncələrinə də təsiri fərqlidir. Məni kədər ruhlandırır, yaşamağa vadar edir. Bir digərinu ölümə sövq edir
Yox Xoşbəxtlik, bu istək deyil, bu ailəmizin, cəmiyyətin bizim şüuraltımıza işlədiyi bir məlumatdı sadəcə. Xoşbəxt olmalısınız!
Hara baxırsan, xoşbəxt ol cümlələri. Bir yandan da deyirlər ki, istədiyin kimi ol :')
Xoşbəxtlik insanın öz duyğularını azad bir şəkildə yaşaya bilməsidir....