Narmin

Narmin
@n4rmn
𓆉 If I were the moon, I would want you to be MY NIGHT☾
Azerbaijani language and literature teacher
Azerbaijan State Pedogogical University
11 okur puanı
Ekim 2024 tarihinde katıldı
Kor Amal
Puan vermedi·336 syf.··
Beğendi
·
2025 3. kitabı
·
12 günde okudu
·
Okunma: 14 Kasım 2025 20:49
"Bizdən başqa heç kəs..." Bu cümlə, məncə, romanın bütün ideyasını bir cümlədə tamamlayan əsas mesajdır. Rövşən Abdullaoğlunun "Koramal" əsərində dəfələrlə hiss edirik ki, Qarabağ müharibəsinin ən çətin günlərində bizdən başqa heç kim bizim yanımızda olmadı. Bu torpağın yükünü, ağrısını, qələbəsini də yalnız biz daşıdıq. Bu Vətəni var edən - Xudayarlar, Abdullalar, Mikayıllar, Allahverdilər, Poladlar kimi öz canını düşünmədən döyüşən oğullardır. Onların fədakarlığı təkcə tarix yazmadı, həm də bir xalqın kimliyini yenidən təsdiq etdi. Azərbaycan xalqı igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da. "Koramal" romanı da bunu bir daha sübut etdi: bu xalqın qəhrəmanlığı təsadüf deyil, əsrlər boyu formalaşmış milli ruhun davamıdır. Bu gün torpaqlarımızda sülh və azadlıq varsa, bu, öz canını Vətənə sipər edən o igidlərin sayəsindədir. Onlar yaşadıqca tarix də, Vətən də yaşayır. Rövşen Abdullaoğlu Koramal
Roman
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0203 okunma