Nadirə Əli

Nadirə Əli
@nadira_ali
Mən gözəllərdə gözəl ruh araram, Ruhu düşkünləri çirkin sanaram (Hüseyn Cavid)
10/10
·96 syf.··
2026 2. kitabı
Cəlil Məmmədquluzadə Tənqidi realizm dövrünün ən sevdiyim realist yazıçısıdır. Bütün əsərlərini bəyənərək oxuyuram hər zaman. Çoxdandır "Ölülər"i də oxumaq istəyirdim. Əslində mövzusunu, baş verənləri bilirdim ancaq yenə də oxumaq istədim. Böyük bir maraqla oxudum, bu kitabı da təxminən 1 saata bitirdim. Kefli İskəndər obrazını yaratmaqla müəllif öz xalqına müraciət edib, dövrün ictimai nöqsanlarını tənqid edib. Təəssüf ki, Azərbaycan xalqı bir zamanlar bu cür mənfi zehniyyətdə olub. Və çox təəssüf ki, hələ də aramızda falçıya inanan, qızlarını erkən yaşda evləndirən, qadına dəyər verməyən, dırnaqarası dindar olan, fırıldaqçı və s. insanlar var. Bu da əsərdəki başlıca problemin aktuallığını sübut edir. Mirzə Cəlilin yaradıcılığını oxuyun, oxutdurun
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,278 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
"Məncə, insan Allahın səhvidir"
7/10
·99 syf.··
2026 1. kitabı
Uzun müddətdən sonra burada bir kitab haqqında fikirlərimi bölüşəcəm. Heç 1 saat çəkmədi oxuyub bitirməyim. Adı diqqətimi çox cəlb etmişdi. Adındakı tam izah edə bilmədiyim ürpərdici bir duyğunu əsəri oxuyarkən daha dərindən hiss etdim. Mövzusu haqqında danışmayacam, məncə, təxmin edə bilirsiniz. Təsirləndim, xüsusilə sonunun belə bitməsini gözləmirdim. Onlar üçün xoşbəxt sonluq arzu edirdim... Bəyənmədiyim nüans duyğuların oxucuya yaxşı çatdırıla bilməməsi oldu. Oxuyarkən bizi təsirləndirən baş verənlərdir, sanki sadəcə nəql olunur: dərisini soydu, başını kəsdi, ağladı və s. Obrazın daxili dünyasına, həmin an keçirdiyi hisslərə tam hakim ola bilmirik. Yenə də yazıçının bəy olduğunu nəzərə alıb haqq vermək istəyərəm, amma bu zaman da Ílyas Əfəndiyevin yaratdığı, acısını, hisslərini qəlbimin ən dərinlərində hiss etdiyim Nuriyyə obrazını xatırlayıram... Yenə də oxumağa dəyər. Sülh tərəfdarı olsam da mənfur erməni millətinin xalqımıza yaşatdıqları heç vaxt unudulmamalıdır... Çox maraqlı alıntılar da var idi, paylaşacam. Hətta bu il davamlı olaraq incələmə va alıntılar paylaşmağı düşünürəm. Bir az qarışıq bir incələmə oldu. Hiss etdiklərimi yazmaq istədim sadəcə. Uzun müddət verilən fasilənin də təsiri var təbii ki. Xoş mütaliələr hər kəsə!
Duygu/Düşünce
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0194 okunma