Naila

Puan vermedi·455 syf.··
2025 2. kitabı
·
5 günde okudu
·
Okunma: 01 Nisan 2025 00:00
Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdan kənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla. Onların arasında ümumi heç nə yoxdur, ayrı-ayrı dünyalarda yaşayırlar, amma müharibə onların həyat yolunu birləşdirir. Özləri də bilmir onlar kimdir - rəqib, rəfiqə, yoxsa bacı. Təklikdə orta əsr desportizminə, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparırlar, ağır sınaqlardan keçirlər.
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,3bin okunma
Reklam
Puan vermedi·376 syf.··
2025 1. kitabı
·
7 günde okudu
·
Okunma: 28 Mart 2025 00:00
Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə bütün bu dünyada sən təksən. -Qoca mənə tanış fikirləri elə içdən dedi ki, elə hesab etdim ki, düşüncələrimi oxuyur. Həqiqətən də, mən on beş il idi ki, bu şəhərdə kimsənin olmadığını hesab edirdim. Mənə elə gəlirdi ki, şəhərlər tamamilə boş və sakinsizdir. Və mən ucsuz-bucaqsız bir səhrada tənha yaşayıram.
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20242,492 okunma
Cinayət və Cəza
Puan vermedi·
"Cinayət və Cəza" Dostoyevskinin ən gözəl romanlarından biridir. İlk dəfə 1866-cı ildə çap edilib. Əsərin oxucunu daim gərginlikdə saxlayan psixoloji süjet xətti var. Dünyanın böyük yazarları bu romanı dedektiv janrının şedevri hesab eləyirlər. Kasıb Raskolnikov çalışqan və qabiliyyətli olsa da, maddi imkansızlıq ucbatından təhsil aldığı hüquq fakültəsini yarıda buraxmaq məcburiyyətində qalır. Raskolnikov sonsuz iztirablara düçar olur. "Mənim alçaldılmışların xilaskarı, zəiflərin təsəllisi olmaq üçün hər hansı əxlaq qanununu pozmaq kimi hüququm varmı? " romanın qayəsini bu sual təşkil eləyir. Bəs cavab? Cavab da elə bu əsərin özündədir.
Cinayət və CəzaFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2013194bin okunma