Səssiz bir Peterburq gecəsi… Heç nəyin dəyişmədiyi, amma insanın içində hər şeyin dəyişə bildiyi o anlar. Bu hekayə məhz belə gecələrdən doğulur.
Dostoyevski “Bəyaz Gecələr”də bizə yalnızlığın incə sızısını, ürəyin içində gizlənən ümidləri və tanımadığın bir insanla belə, bir neçə görüşün bütün dünyanı dəyişdirə biləcəyini göstərir.
Bu kitab sadəcə bir sevgi hekayəsi deyil — xəyal quran bir adamın, həyata bir az gec çatan bir qızın və ikisinin arasında bulanıq qalan hisslərin portretidir.
Burada ən çox sevdiyim şey: müəllif bizi qəhrəmanın daxili dünyasına elə yaxın buraxır ki, sanki o gecələri biz də onunla birlikdə yaşayırıq.
Bəzən bir insanı bir gecəyə sığdırarsan… bəzən isə bir ömrə sığdıra bilməzsən.
İnsan oxuduqca anlayır ki, hər kəsin içində bir az “xəyalpərəst” yatır.