Nargis Sadikh

Nargis Sadikh
@nargisadikh
Müəllim
GDU
Gəncə
11 Şubat 2003
11 okur puanı
Haziran 2021 tarihinde katıldı
Şu anda okuduğu kitap
Hisləri ölü insanların ətrafında başım gicəllənir , düşünmə bilməyən beyinlər məni hər gün az-az məhv edir...
Hayat
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Bir rəssam öz tələbəsinə gözəl bir rəsm əsəri çəkməyi tapşırır. Tələbə çox çalışır , əlindən gələni edib rəsmi tamamlayır ,gətirir ustadının yanına. Müəllim deyir , şəklin alt hissəsinə "Gözəl mənzərə təsvir etmişəm, yaxşı olmayan hissələri varsa, "x" işarəsi ilə işarələyin " yazıb şəhər meydanına qoymağı tapşırır. Tələbəsi dediyi kimi edir, 1 həftə sonra şəkli götürməyə gedəndə çox məyus olur. Görür ki, şəklin hər tərəfi qırmızı "X" işarələri ilə doludur. Kor-peşman müəlliminin yanına qayıdıb olanları danışır. Müəllim ona başqa daha gözəl rəsm çəkməyi tapşırır. Bu dəfə tələbə daha çox çalışır , rəsmi tamamlayıb ustadın yanına gəlir. Rəssam bu dəfə şəklin yanına fırça , boya qoyub altına da "Bu gözəl əsər mənə aiddir, bəyənmədiyiniz, xoşagəlməz yerlərini fırça və boya ilə düzəldin" yazmağını söyləyir. Tələbə müəlliminin dediyi kimi edib rəsmi şəhər meydanına qoyur. Bir həftə sonra qayıdanda çox sevinir, şəkildə heç bir dəyişiklik yox idi. Ustadın yanına gəlir, ustadı isə onun artıq məktəbdən məzun olmağının vaxtı çatdığını söyləyir. Çünki o həyat dərsini almışdı...
Qəlbim bu kainatın ən ucsuz-bucaqsız hissəsinə sığınandan bəri hisslərimi eşitmirəm. Onlar məndən çox uzaqdadırlar. Mən insanlıq funksiyamı unudub sadəcə yaşamağa davam edirəm. Əslində əvvəl belə deyildi, ümid qığılcımları ürəyimi isidəndə hər şeyə inanırdım. Sonra dünyadakı bütün rənglər bir anda soldu... Duyğularım da məndən küsüb getdi. Mən heç onları geri qaytarıb könlünü də almadım... Keçmiş üçün darıxmadım. İnsanlar buna böyümək deyir, mən adını qoymamışam. Bəzən hər şey fərqli olsaydı necə olardı? deyə düşünürəm. Sonra da olmasın deyirəm. Mən bu qədər böyük cahanda niyə özümə yer tapmıram?
Duygu ve Düşünce
Qarışıq duyğular içərisində olmaq və onları analiz edə bilməməkdən daha ağır olan duyğu həqiqətidir. Sən bilirsən ki, sən nə hiss edirsən, niyə hiss edirsən və davranışların niyə belədir. Həqiqət şərbəti zəhər dadı verir. Onda hətta özünə belə nifrət edirsən. "Mən bu səbəbə görə belə hiss edirəm və belə davranıram" Səbəbi bilib çarəsini bilməmək insanın qəlbindəki sevinci boğur. Nə edəcəyini bilmirsən, bir tərəfdən qurtulmaq istədiyin halda, digər tərəfin deyir ki, bataqlıqda bat. Mən duyğuların əsiri olmaqdan qorxduqca onlar məni məngənə kimi sıxır.İş orasındadır ki, elə yaşam enerjim də onlardan asılıdır....🪞Özümlə üzləşməyim həyatdakı xoşbəxt addımlarımı büdrədir💫🐝
Hisler

Nargis Sadikh

, bir kitabı okumaya başladı
Lev Tolstoy
8.5/10 · 55,5bin okunma