Günümüzə bax e bizim! Oğlanlar qəhrəmanlıq edibmiş kimi qadınlarla-qızlarla yatağa girməyindən danışır, amma biz birini sevdiyimizdən etdiyimiz qələtə görə xəcalət çəkərək ölüb yerə girməliyik, danlanmalı, cəzalanmalıyıq. Bu, ədalətdirmi, səncə?
Sənin mayan belə yoğurulub, yoxsa həmin dəqiqələrdə həqiqətən ağlını itirmişdin? İnan, düşünəndə dəhşətə gəlirəm. Bütün gecəni fikirdən yatmamışam. Yəni bu ölkədə bir nəfər də olsun halal süd əmmiş, əxlaqlı, tərbiyəli qız qalmayıb? Yəni, doğrudanmı, dünyanın axırı yaxınlaşır?