Axı bu necə doğmalıq, necə insanlıq idi ki, böyük bəlaya tuş gəldiyi üçün dəhşət yaşayan, bu səbəbdən intihara qalxan bir qızcığaz sirrini öz doğmalarına açaraq yardım istəyə bilmirdi?
Sənin ağlın elə o sarsaq hekayəndəki dovşan balasının ağlı qədər imiş. Xəyal idi sənin o yazdığın cızma-qara, ay yazıq! Əsl reallıqda o dovşan balasının başına gələnlərdən xəbərin varmı? Vəhşi heyvanlar onu çoxdan parçalayıb yeyiblər, ay bədbəxt!..